Region gənclərinin beynəlxalq əlaqələri gücləndirilir
Bu gün Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi tərəfindən icra olunan “Region gənclərinin beynəlxalq əməkdaşlığının genişləndirilməsinə dəstək” layihəsi çərçivəsində Mingəçevir şəhərində praktik təlim təşkil olunub.
Tələbə və gənc müəllimlərin iştirakı ilə Mingəçevir Turizm Kollecində keçirilən təlimin əsas məqsədi region gənclərinin müxtəlif ölkələrdə təşkil edilən beynəlxalq mübadilə, təhsil, təlim və tanışlıq proqramlarında iştirak yollarının öyrənilməsi olub.
Mərkəzin 2 eksperti tərəfindən təlimdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti, mövcud imkanlar, əlaqələrin qurulması yolları, Avropanın gənclərlə bağlı müxtəlif proqramları və onlarda iştirak qaydaları, gənclərin beynəlxalq layihə və proqramları, beynəlxalq gənclər təşkilatlarında iştirakçılıq və digər mövzularda praktiki məşğələlər keçirilib.
Mərkəzin icraçı direktoru Rasim Ağayevin verdiyi məlumata görə, son illər ölkəmizdə gənclər təşkilatlarının inkişafı, onların yeni təşəbbüskarlığı artıq həmin qurumların regional və beynəlxalq əlaqələrinin inkişafı zərurətini meydana gətirir. Bu məqsədlə Azərbaycanda gənclərin və gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının artırılması üçün yeni imkanların yaradılması nəzərdə tutulur. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq reallaşdırılan bu layihə çərçivəsində gənclər üçün silsilə təlim proqramlarının, məsləhət saatlarının və ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Mərkəzin Mingəçevir şəhərində fəaliyyət göstərən ofisi Avropa Komissiyasının Gənclər Proqramı tərəfindən akkreditasiya olunmuş ilk region təşkilatıdır.

Oxşar yazılar

Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06