Sürücülərə qarşı görünməmiş cərimələr! – YENİLİK
Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb.
Lent.az-ın verdiyi məlumata görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, bu, yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.
Komitə sədri nəzərə çatdırıb ki, komitə iclasında piyadalara piyada keçidində yol verməyən sürücülər üçün məsuliyyətin nəzərdə tutulması təklif edilib və bu məsələ nəzərə alınıb. Əli Hüseynov bildirib ki, dəyişikliklərə əsasən nəqliyyat vasitəsindən 30 manata qədər əmlak talanarsa, cinayətə yol verən şəxs 50 manatdan 80 manatadək cərimə ediləcək. Nəqliyyatı idarə edən şəxs məişət tullantılarını nəzərdə tutulan yerə atmadıqda, fiziki şəxs 50 manat miqdarında, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat miqdarında cərimə ediləcəklər. Sürücülər üfüqi nişanlama xətlərini keçdiyi üçün 60 manat miqdarında, müvafiq icra hakimiyyəti orqanının əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirmədiyinə görə 80 manat cərimə verməli olacaqlar. Sürücülər sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyinə görə 300 manata qədər cərimələnəcək, həmçinin 6 aydan 1 ilə qədər azadlıqdan məhrum olunacaqlar.
Sərxoş vəziyyətdə xəta törədən şəxs 1 ilə qədər nəqliyyat vasitəsindən istifadə etmək hüququnu itirəcək, 400 manatdan 500 manata qədər cərimələnəcək. Hadisə təkrar baş verdikdə, nəqliyyatı idarə etmək hüququ 2 ilə qədər məhdudlaşdırılacaq, 400-500 manat cərimələnəcək. Eyni zamanda maddi ziyan vurarsa, bir şəxsə yüngül bədən xəsarəti yetirərsə, 700 manat cərimə ödəməli olacaq. Sərxoşluq müayinəsindən boyun qaçıranlar isə 1 ildən 2 ilə qədər avtomobil idarə etmək hüququnu itirəcək, 300 manatdan 700 manata qədər cərimə verməli olacaq, 15 günə qədər inzibati həbsə məhkum olacaq. Avtoxuliqanlığa görə isə şəxsin nəqliyyatı idarə etmək hüququ 1 ildən 2 ilə qədər məhdudlaşdırılacaq, 15 günə qədər inzibati həbsə məhkum ediləcək.
Yol hərəkəti qaydalarını pozan piyadalar 20 manatdan 30 manata qədər cərimələnəcəklər.
Ramiz

8917