Orta məktəblərdə payız tətilinin müddəti dəyişdi
02 noyabr 2012 13:23 (UTC +04:00)

Orta məktəblərdə payız tətilinin müddəti dəyişdi

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məktəblilərin payız tətilinin müddəti noyabrın 12-dən 17-nə qədərdir.

Lakin Azərbaycan Nazirlər Kabineti Dövlət Bayraq Günü münasibətilə noyabrın 9-nu “qeyri-iş günü” elan etdiyindən tətil günlərində də dəyişiklik olub. Belə ki, noyabrın 9-u cümə gününə düşdüyündən 5 günlük qrafiklə işləyən məktəblərdə şagirdlər məktəbə noyabrın 19-da gələcək, 10 gün istirahət edəcəklər. 6 günlük qrafiklə işləyən məktəblərdə isə noyabrın 10-da dərs olacaq. Həmin məktəblərin şagirdləri də tətildən noyabrın 19-da qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3309

Oxşar yazılar