“Azəriqaz”: Gəncə, Mingəçevir, Şirvan və Lənkəran payız-qış mövsümünə hazırdır
02 noyabr 2012 10:47 (UTC +04:00)

“Azəriqaz”: Gəncə, Mingəçevir, Şirvan və Lənkəran payız-qış mövsümünə hazırdır

ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi payız-qış mövsümündə bütün ölkə ərazisində abonentlərin keyfiyyətli və fasiləsiz təbii qazla təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkənin iri şəhərlərindən olan Gəncə, Mingəçevir, Şirvan və Lənkəranda görülən işlər bu baxımdan xarakterikdir.


Artıq Gəncə şəhərində abonentlərin təbii qazla tam təchizatı məqsədilə bir sıra mühüm işlər görülüb. Avtozavod qəsəbəsi ərazisində, Hüseyn Cavid və Bayan küçələrində ümumilikdə 980 metr uzunluğunda korroziyaya uğramış polad materialdan olan yeraltı qaz kəmərləri müxtəlif diametrli polietilen borularla əvəz edilib. Şəhərin N.Nərimanov və Ş.İ.Xətai prospektlərində, S.Rəhimov, D.Bünyadzadə və M.C.Paşayev küçələrində qaz təminatının yaxşılaşdırılması məqsədi ilə yeni qaztənzimləyicilərin quraşdırılması başa çatdırılıb.

Şirvan şəhərində payız-qış mövsümünə hazırlıq işləri yekunlaşıb, Nizami və Neftçilər küçələrində həyətyanı sahələrdən keçən qaz kəmərlərinin yenidən qurulması işləri həyata keçirilib. Xaqani küçəsi 5 saylı binanın yanından və Nərimanov küçəsi 11 saylı binanın qarşısından keçən qaz kəmərlərinin dəyişdirilməsi başa çatdırılıb. Bundan başqa, Vidadi və Füzuli küçələrində həyətyanı sahələrdən keçən qaz kəmərləri küçəyə çıxarılıb. Şəhərin Xaqani küçəsində 76 mm-lik qaz kəmərinin üzərində yeni siyirtmə quraşdırılıb, Vidadi küçəsində istismara yararsız qaztənzimləyici yenisi ilə əvəz olunub.


Mingəçevir şəhərinin 3-cü Məhəllə adlanan yaşayış massivində 400 metr, H.Əliyev küçəsində 50 metr, A.S.Puşkin küçəsində 250 metr, 60-cı Məhəllə adlanan yaşayış massivinin M.Maqomayev küçəsində 260 metr, A.Məmmədov küçəsində 100 metr və Ş.İ.Xətai küçəsində 40 metr uzunluğunda müxtəlif diametrli istismara yararsız qaz xətləri dəyişdirilib. Artıq Lənkəran şəhərinin qaz təsərrüfatı da 2012-2013-cü illərin payız-qış mövsümünə tam hazırdır. Lənkəran və Liman şəhərləri, eləcə də Xarxatan kəndi ərazisindəki qaz kəmərlərində, o cümlədən Qazpaylayıcı Stansiyada quraşdırılmış qaztənzimləyici şkaflar və siyirtmələr təftiş olunaraq rənglənmişdir. Lənkəran şəhərinin Səttarxan, H.Z.Tağıyev, Liman şəhərinin R.Rza, N.Nərimanov, H.Z.Tağıyev və M.Ə.Sabir küçələrində qaztənzimləyici şkaflar yenilənib. Bundan başqa, Lənkəran şəhərinin M.Ə.Sabir və Z.Əliyeva küçələrində istismara yararsız siyirtmələr yeniləri ilə əvəz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1511

Oxşar yazılar