Akademik Budaq Budaqov vəfat edib
Bu barədə APA-ya Coğrafiya İnstitutundan bildirilib. Məlumata görə, akademik bu gün günorta saatlarında dünyasını dəyişib.
B. Budaqov 1928-ci il fevralın 28-də Qərbi Azərbaycanın Zəngibasar bölgəsinin Çobankərə kəndində anadan olub. İrəvanda Azərbaycan Dövlət Pedaqoji məktəbində təhsilini davam etdirib (1943-1947). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsinə daxil olub. Moskvada SSRİ EA Coğrafiya İnstitutunda aspiranturanı bitirdikdən sonra (1951-1955) "Cənubi-Şərqi Qafqazın şimal yamacının geomorfologiyası" adlı namizədlik (1955) və "Azərbaycanın Böyük Qafqaz hissəsinin geomorfologiyası və yeni tektonikası" adlı doktorluq (1967) dissertasiyalarını müdafiə edib.
Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi (1955-1958), böyük elmi işçi (1958-ci ildən) işləyib. Azərbaycan EA müxbir üzvü (1976) və akademik (1989) seçilmişdir. Ədəbi, elmi yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun elmi əsərləri Azərbaycanda, həmçinin xaricdə – Rusiya, Hindistan, Polşa, Türkiyə və İran elmi və dövri mətbuatlarında çap olunub. "Cənubi-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası" (1973) elmi əsəri keçmiş SSRİ Coğrafiya Cəmiyyətinin N.Prjevalski adına qızıl medalına layiq görülüb. Onun yaradıcılığında elmi-kütləvi, elmi-publisistik məzmunlu məqalələr geniş yer tutur. Onun "Ən yüksək zirvələrdə", "Canlı adalar", "Qərq olmuş dağlar", "İki mərtəbəli çay", "Üzən su anbarları", "Coğrafı adlar tarixi abidədir", "Toxunulmaz müqəddəslər" və s. bu səpkidə yazdığı 180-dən artıq elmi-kütləvi və publisistik məqalələri "Elm və həyat", "Azərbaycan təbiəti", "Azərbaycan məktəbi", "Ulduz" jurnallarında, "Sovet Ermənistanı", "Vətən səsi", "Ədəbiyyat və incəsənət" və s. qəzetlərdə dərc edilib.
B. Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını verib, təbiətin dağıdıcı hadisələrini sistemləşdirib, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənib, ərazinin xəritələrini (1:200000) tərtib edib. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarıb. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənib. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq edib. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirib. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənib.

2325