Nazir etiraf etdi: “Gətirdiyimiz heyvanlar tələf olub”
01 noyabr 2012 13:13 (UTC +04:00)

Nazir etiraf etdi: “Gətirdiyimiz heyvanlar tələf olub”

Bundan sonra daha 1200 heyvanın gətirilməsi nəzərdə tutulur”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsbət Abasov bildirib.

Nazir vurğulayıb ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir: “Etiraf edirəm ki, belə heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub”.

İ. Abasovun sözlərinə görə, hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılıb ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir: “Biz iqtisadi inkişaf nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk. Bu daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb”.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1838

Oxşar yazılar