Ombudsman BMT-nin bölgədəki müşavirini qəbul edib
31 oktyabr 2012 21:20 (UTC +04:00)

Ombudsman BMT-nin bölgədəki müşavirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin İnsan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikovu qəbul edib. Görüşdə Ali Komissarlığın Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Bağırov iştirak edib. Bu barədə APA Ombudsman Aparatına istinadən məlumat verir.

E.Süleymanova Ombudsman təsisatının insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığa önəm verdiyini, nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən BMT-nin müxtəlif sahələr üzrə ixtisaslaşmış mühüm qurumları, həmçinin İnsan Hüquqları üzrə Ali Komissarlıqla, bu qurumun regional ofisi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin davam etdirildiyini diqqətə çatdırıb.

E.Süleymanova insan hüquqlarının müdafiəsi, həmçinin əhalinin zəif qruplarının, o cümlədən əlillərin hüquqları üzrə birgə maarifləndirmə tədbirləri, dəyirmi masalar, treninq-seminar keçirilməsinin zəruriliyini diqqətə çatdırıb.

E.Süleymanova Azərbaycan Ombudsmanının Universal Dövri İcmal (UDİ) üzrə fəaliyyəti ilə bağlı V.Şkolnikovun sualını cavablandıraraq qeyd etmişdir ki, Müvəkkil BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) müvafiq qətnaməsinə uyğun olaraq, UDİ mexanizmi üzrə əlavə məruzə hazırlayıb, bu məruzə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərilib.

BMT rəsmisi UPR üzrə hesabatın dinləniləcəyi sessiyada Azərbaycan Ombudsmanının da çıxışının mühüm əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

V.Şkolnikov Müvəkkilin insan hüquqları sahəsində səmərəli fəaliyyətini təqdir edib, Ombudsman təsisatı ilə əməkdaşlığa önəm verdiyini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən işgüzar əlaqələrin davam etdiriləcəyini və təsisata dəstək vermək niyyətində olduğunu vurğulayıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 563

Oxşar yazılar