Ağcabədidə gənclərlə bağlı konfrans təşkil edilib - FOTO
Bu gün UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) 2011-ci ilin oktyabrından icra etdiyi “Azərbaycan Gənclərinə dəstək proqramı” layihəsi çərçivəsində Ağcabədi rayonunda ikinci konfrans keçirilib. BAMF-ın İnformasiya Departamentindən Lent.az-a verilən məlumata görə, layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirmək, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirmək və müsbət dəyişiklikləri müdafiə etməkdir.
Konfransda Beyləqan, Ağdam və Ağcabədi rayonlarından layihədə könüllü çalışan təbliğat qruplarının üzvləri, UNİCEF-in ölkə direktoru Mark Herevard və qurumun digər rəsmiləri, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun rəsmisi Vaqif Seyidbəyov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Ağdam və Beyləqan rayonları icra hakimiyyətlərinin rəhbər işçiləri, hər üç rayonunun gənclər və idman idarələrinin rəisləri iştirak ediblər. Layihənin strateji məqsədlərinə uyğun olaraq hər bir rayondan VVAQ şöbələrinin müdirləri, həkim-narkoloqlar, rayonların polis şöbələrinin narkomaniya ilə mübarizə üzrə əməkdaşları, təhsil şöbələrinin müdirləri, dini icmaların rəhbərləri konfransa qatılıblar. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov layihənin cəmiyyət üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib. BAMF-ın sədri, layihənin rəhbəri Umud Rəhimoğlu sözügedən layihənin məqsəd və vəzifələrindən danışıb. UNİCEF-in ölkə direktoru Mark Herevard rəhbərlik etdiyi qurumun missiyası haqqında məlumat verib, gənclərə yönəlik layihənin vacibliyindən söz açıb. BAMF-ın beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa çıxış edərək bu günə qədər layihə çərçivəsində görülən işlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. Gənclər Fondunun rəsmisi Vaqif Seyidbəyov çıxış edərək Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətindən, Gənclər Fondunun yeni yaranmasına baxmayaraq bu istiqamətdə atdığı ilkin addımlardan danışıb. Konfransda Ağdam, Ağcabədi və Beyləqan rayonlarının təbliğat qrupları fəaliyyətlərinin məqsədlərini, layihə çərçivəsində indiyədək görülən işlər barədə təqdimat aparıblar, bugünkü gəncliyi narahat edən məsələlər, qarşılaşdıqları problemlər və onların aradan qaldırılması yolları barədə təkliflər irəli sürüblər, müvafiq qurumların rəsmilərinə suallar ünvanlayıblar. Müzakirələrə qoşulanlar regionda narkotikdən istifadə, erkən evlilik və gənclərin məşğulluq məsələlərinə daha çox diqqət yönəldilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, konfransdan əvvəl UNİCEF-in ölkə direktoru Mark Herevard, onun müavini Rəşid Mustafa, bu qurumun digər əməkdaşları Ayda Aylarova və Natiq Umarov, BAMF-ın sədri Umud Rəhimoğlu, və layihənin regional kordinatoru Siyab Məmmədli Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevlə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla və Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini Zülfü Qasımovla görüşüb, layihənin məqsəd və vəzifələri barədə onlara məlumat veriblər.

979