
Bakıda polis sistemində işləmək istəyənlərə şad xəbər
Daxili İşlər Nazirliyi Bakı şəhərinin rayon polis idarələrində vakant olan 10 yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində dil və ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini başa çatdırmış, yaşı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müsabiqədə iştirak üçün vətəndaşlar 2012-ci ilin noyabr ayının 30-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) saat 10-dan 17-dək yaşayış yeri üzrə polis idarələrinə müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomun əslini, hərbi bileti (kişilər üçün) və əmək kitabçasını (olanlar üçün) şəxsən təqdim etməlidirlər.
Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə ətraflı məlumat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet səhifəsində yerləşdirilib. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasitəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.
Müsabiqənin şərtləri və keçirilmə qaydası barədə ətraflı məlumat Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin www.mia.gov.az internet səhifəsində yerləşdirilib. Əlavə məlumat almaq istəyənlər (012) 590-92-21, 590-91-47 və 590-92-54 nömrəli şəhər telefonları vasitəsilə DİN-in Baş Kadrlar İdarəsi ilə əlaqə saxlaya bilərlər.
Oxşar yazılar

Ölkədə internet PROBLEMİ - Kimlərin çıxış imkanı var?
21 avqust 2025 , 15:26
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47
Milli Qəhrəman Hökümənin ailəsi Kəlbəcərə köçdü
21 avqust 2025 , 14:17
Biabırçı əməliyyat videosu yayılan xəstəxanadan cavab: İŞLƏYƏCƏYİK -VİDEO
21 avqust 2025 , 13:05
Leysan yağacaq - Sabahın HAVASI
21 avqust 2025 , 12:42
Bakıda yeni bağça açıldı - Qeydiyyat qaydası
21 avqust 2025 , 12:36