Mərkəzləşmiş test imtahanları ilə qəbul imtahanları birləşə bilər
31 oktyabr 2012 13:00 (UTC +04:00)

Mərkəzləşmiş test imtahanları ilə qəbul imtahanları birləşə bilər

“Ölkəmizdə yaxın illərdə orta məktəblərin mərkəzləşdirilmiş test imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilə bilər”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib: “Biz hələ ki, bununla bağlı məsləhətləşirik, ictimai fikri öyrənirik. Amma hər halda bəzi ölkələrin təcrübəsi göstərir ki, bu sistem özünü doğruldur, bəzilərinin təcrübəsi isə onu göstərir ki, bu, özünü doğrultmur. Biz də bu təcrübələri öyrənməliyik”.

Ş Hacıyevin sözlərinə görə, ali məktəblərə testlə qəbulun ləğv edilməsinin tərəfdarı deyil.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2937

Oxşar yazılar