
Dövlət Komitəsi təlim keçirib - FOTO
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) təşkilatçılığı ilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatların mütəxəssisləri üçün sınaq laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər və ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzularında təlimlər keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, ölçmələrin qeyri-müəyyənliyinin hesablanması mövzusunda Belarusun Standartlaşdırma İnstitutunun Standartlaşdırma, Metrologiya və Keyfiyyəti idarəetmə kafedrasının baş müəllimi Valeriy İvanoviç Labodeyev, İSO/İEK 17025:2005 standartı üzrə sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər mövzusunda Türkiyənin “Esenek” Təlim Mərkəzinin rəhbəri Halil Çelik məruzələr ediblər.
Ölkədə standartlaşdırma, metrologiya, akkreditasiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təşkil olunmuş təlimlərdə iştirak edənlərə sonda sertifikatlar verilib.
Ölkədə standartlaşdırma, metrologiya, akkreditasiya sahələri üzrə kadr hazırlığını gücləndirmək məqsədilə təşkil olunmuş təlimlərdə iştirak edənlərə sonda sertifikatlar verilib.
Oxşar yazılar

Göz yaşlarını niyə saxlaya bilmirik? - Alimlər izah etdi
26 avqust 2025 , 18:47
Yalnız bir BÜRC tezliklə həyata yenidən başlamaq üçün nadir şans əldə edəcək
26 avqust 2025 , 18:33
Bu il universitetə qəbul olanların sayı AÇIQLANDI
26 avqust 2025 , 18:28
Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər - Sevinc Qəmbərli
26 avqust 2025 , 18:20
Bu xəstəxanalara yeni baş həkimlər təyin olundu
26 avqust 2025 , 16:11
Vətəndaş bankın zəngindən bezibsə, onu məhkəməyə verə bilər? - HÜQUQŞÜNAS DANIŞDI
26 avqust 2025 , 13:57
Sabah 39 dərəcə isti olacaq
26 avqust 2025 , 12:11