Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə karate yarışı keçirilir
29 oktyabr 2012 23:23 (UTC +04:00)

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə karate yarışı keçirilir

Oktyabrın 29-da Biləsuvar şəhərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idmanın enşin karate növü üzrə birinci respublika çempionatına start verilib.

APA-nın Cənub bürosunun məlumatına görə, Azərbaycan Enşin Karate Federasiyasının təşkilatçılığı ilə qəhrəmanın adını daşıyan lisey-məktəb kompleksində keçirilən yarışlarda Bakı şəhəri, Salyan, İmişli, Biləsuvar, Cəbrayıl, Cəlilabad və Lerik rayonlarından 100-ə yaxın idmançı qüvvəsini sınayır.

İki gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd gənclərdə enşin karate idman növünə marağı artırmaq, eləcə də dünya çempionatlarına Azərbaycan milli komandasının heyətini formalaşdırmaqdan ibarətdir.

Yarışın yekununda qaliblər təşkilat komitəsinin təsis etdiyi medal və diplomlarla mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032

Oxşar yazılar