Hava yağışlı olacaq
Oktyabrın 28-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, mülayim şərq küləyi əsəcək. Oktyabrın 29-da da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi ehtimal olunur.
Havanın temperaturunun gündüz 20-24 dərəcə, gecə isə 14-17 dərəcə olacağı gözlənilir.
Oktyabrın 28-də Respublikanın ayrı-ayrı bölgələrində də temperaturun aşağı düşəcəyi gözlənilir. Bəzi rayonlarında yağış yağacağı, gündüz saatlarında tədricən kəsiləcəyi ehtimal olunur.
Oktyabrın 29-da isə gecə və səhər saatlarında bəzi yerlərdə duman olacağı, yağmursuz hava hökm sürəcəyi ehtimal edilir.
Temperatur aran rayonlarda gündüz 20-25, dağlıq rayonlarda isə 13-18 dərəcə isti təşkil edəcək.

1559