
Səbail rayonunda 2400 ailəyə Qurban əti paylanıb - FOTO
Qurban Bayramı ilə əlaqədar Səbail rayonunda tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayonda fəaliyyət göstərən təşkilatların rəhbərlərinin, sakinlərin iştirakı ilə təşkil olunan mərasimdə icra başçısının müavini Yavər Allahverdiyev çıxış edib. O, rayon sakinlərini müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edib, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Bildirilib ki, Səbail rayonunda Qurban Bayramı ilə əlaqədar 2 gün ərzində şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara, ərazidə yerləşən 27 yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə isə 2400 ailəyə qurban payları verilib. Qurban Bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, «Bibiheybət» ziyarətgahı və İçəri şəhərdəki «Cümə» məscidində də keçirilib, daha sonra məscidlərdə imkansızlar üçün bayram süfrələri təşkil olunub.
Tədbirdə o da qeyd olunub ki, RİH-nin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə ət paylanır ki, 9 ayda 2500 pay ət paylanıb və 200 nəfərə maddi yardım göstərilib.
Tədbirdə o da qeyd olunub ki, RİH-nin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə ət paylanır ki, 9 ayda 2500 pay ət paylanıb və 200 nəfərə maddi yardım göstərilib.
Oxşar yazılar
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
22 aprel 2025 , 15:38
Sahibə Qafarovadan Səyyad Arana İRAD: "Siz nə danışırsınız?"
22 aprel 2025 , 14:10
Tanınmış jurnalist vəfat etdi
22 aprel 2025 , 13:04
Sabah 29 dərəcə isti olacaq, axşam yağış yağacaq - Hava PROQNOZU
22 aprel 2025 , 12:10
Bakının bir sıra yollarında təmir gedir - FOTO
22 aprel 2025 , 10:53
Niyə maaşın 10 faizini yığmaq olmaz? - Təhlükəli maliyyə mifi
22 aprel 2025 , 10:42
Bu gün 3 rayonun işığı kəsiləcək
22 aprel 2025 , 09:19