Əlil və şəhid ailələri bu il mənzillərlə təmin olunacaq
23 oktyabr 2012 10:10 (UTC +04:00)

Əlil və şəhid ailələri bu il mənzillərlə təmin olunacaq

“Bütün müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi getdikcə sürətlənir. Artıq bu vaxtadək 5000-ə yaxın mənzil tikilərək istifadəyə verilib.” Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov yap.org.az saytına müsahibəsində bildirib. Nazir qeyd edib ki, cari ilin sonunadək Gəncə şəhərində, Sabunçu və Suraxanı rayonlarında hər biri 81 mənzilli, Sumqayıt şəhərində 96 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 36 mənzilli yaşayış binaları, ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaq: “Hazırda Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Yaxın aylarda isə Səbail rayonunda 96 mənzilli, daha 4 rayonda hər biri 36 mənzilli, 5 rayonda hər biri 54 mənzilli binaların, cəmi 510 mənzilin inşasına başlanacaq”.

F. Ələkbərovun sözlərinə görə, dövlət başçısının təsdiqlədiyi “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaradıb. “Hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur” - deyə, nazir əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1143

Oxşar yazılar