AMEA soydaşlarımızın kompakt yaşadığı ölkələrə folklor ekspedisiyaları göndərəcək
22 oktyabr 2012 15:01 (UTC +04:00)

AMEA soydaşlarımızın kompakt yaşadığı ölkələrə folklor ekspedisiyaları göndərəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklar İnstitutu azərbaycanlıların kompakt yaşadığı ölkələrə folklor ekspedisiyaları göndərəcək.

Lent.az-ın AMEA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ekspedisiyalar zamanı qürbətdə yaşayan azərbaycanlıların folkloru, eləcə də Azərbaycan mühacirət folkloru araşdırılacaq.

Qeyd edək ki, Dərbənd və Borçalıda yaşayan azərbaycanlıların folkloru ilə əlaqədar müəyyən araşdırmalar aparılıb. Ekspedisiyalar zamanı bu araşdırmalar daha da dərinləşdiriləcək. İlk ekspedisiyanın Qazaxıstana göndərilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 917

Oxşar yazılar