Bakıda bal yarmarkası açıldı
Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunun ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kino-teatrının yaxınlığında, Atatürk prospekti 6a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında təşkil edilən arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası noyabrın 5-dək davam edəcək.
Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasının iştirakçılarının namizədlikləri verilən bölgülərə əsasən şəhər və rayon İcra Hakimiyyətləri tərəfindən müəyyənləşdirilib və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən dəvət olunublar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında 49 rayondan 200 nəfər arıçı iştirak edir. Satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılıb. Arıçılıq məhsullarının sərgi-satış yarmarkası başlamamışdan əvvəl oktyabrın 1-dən 17-dək satışa çıxarılan arıçılıq məhsullarının keyfiyyəti respublika baytarlıq laboratoriyasında yoxlanılıb, keyfiyyətsiz məhsullar satışa buraxılmayıb. Alimlərin, mütəxəssislərin, arıçıların və arıçılılar cəmiyyətlərinin təklifləri nəzərə alınaraq, 1 kq yüksək keyfiyyətli bal 15 manata satılır.
Yarmarkada gənc arıçılara minimum bilgilər veriləcəkdir, elmi-praktiki konfrans keçiriləcək, xəstəliklərə qarşı mübarizə tədbirlərindən söhbət açılacaq, damazlıq-seleksiya işləri barədə təcrübə mübadiləsi aparılacaq. Kənd Təsərrüfatı Nazirliyi bakılıları və sumqayıtlıları Arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasına dəvət edir.

3921