Azərbaycanda lotereya biletləri internetdə satılacaq
16 oktyabr 2012 16:47 (UTC +04:00)

Azərbaycanda lotereya biletləri internetdə satılacaq

“Azərlotereya” ASC tərəfindən təşkil edilən lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq lotereya biletlərinin internet vasitəsilə satışının təşkilinə dair işlərin əksər hissəsi başa çatıb və lotereya həvəskarları bu ilin sonuna qədər lotereya biletlərini internet vasitəsilə əldə edə biləcək.

Lotereya biletlərinin on-layn satışı lotereya həvəskarlarına internet vasitəsilə istənilən yerdən biletləri əldə etməyə imkan yaradacaq. Hazırda lotereya biletlərinin SMS vasitəsilə alınmasına dair layihə üzərində iş aparılır. Paytaxtda lotereya biletlərinin elektron satışının genişləndirilməsi və lotereya həvəskarlarının tələbatının tam ödənilməsi məqsədilə lotereya biletlərinin elektron satış terminallarının sayının artırılması da nəzərdə tutulur və bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Lotereya oyunlarının əhatə dairəsinin genişləndirilməsi məqsədilə KİV-lə əməkdaşlıq da uğurla davam etdirilir. Bu ilin sentyabr ayından yeni “Klassik Loto” oyununa başlanılıb. Beləliklə, artıq lotereya oyunları canlı olaraq həftədə 6 gün olmaqla ölkənin iki televiziya kanalında - “AzTV” (“Binqo”, “Uğur”) və “Space”də (“5/36”, “6/40” və “Klassik Loto”) yayımlanır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2069

Oxşar yazılar

Hakimlər imtahanla  seçiləcək

Hakimlər imtahanla seçiləcək

3 oktyabr 2024 , 10:03
Azərbaycanın bu rayonuna qar yağdı

Azərbaycanın bu rayonuna qar yağdı

3 oktyabr 2024 , 09:32
Oktyabrda varlanacaq  BÜRCLƏR

Oktyabrda varlanacaq BÜRCLƏR

3 oktyabr 2024 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

3 oktyabr 2024 , 08:22
Pul yağışında özlərini yuyacaqlar:  Dörd BÜRC üçün almaz zolaq  vədi

Pul yağışında özlərini yuyacaqlar: Dörd BÜRC üçün almaz zolaq vədi

3 oktyabr 2024 , 00:01
 Soyuq qışa   hazırlaşmağa  ÇAĞIRIŞ

Soyuq qışa hazırlaşmağa ÇAĞIRIŞ

2 oktyabr 2024 , 19:59
Günəşdə son 7 ilin ən güclü partlayışı  baş verdi

Günəşdə son 7 ilin ən güclü partlayışı baş verdi

2 oktyabr 2024 , 19:36
Bu rayonlara leysan  yağıb - FAKTİKİ HAVA

Bu rayonlara leysan yağıb - FAKTİKİ HAVA

2 oktyabr 2024 , 17:41