Tarix və mədəniyyət abidələri siyahıdan necə çıxarılacaq? - QAYDA
Bu gün Milli Məclisdə "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Lent.az-ın verdiyi məlumata görə, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişikliyə əsasən, təsdiqlənmiş siyahıdan abidənin çıxarılması müvafiq icra hakimiyyəti orqanının təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Millət vəkili, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova deyib ki, memarlıq abidələri ilə bağlı bu gün əsas ağırlıq mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasında yox, Memarlıq və İnşaat Universitetindədir: “Biz tarixi abidələrin siyahıdan çıxarılmasını belə asanlaşdırmamalıyıq”.
Nizami Cəfərov bildirib ki, bu gün Qobustan qayaüstü rəsmləri UNESKO-nun siyahısında yer alıb: “Əgər birdən ağlımız olmasa, Qobustanda bir abidəni dağıtsaq, UNESKO buna etiraz edər, qoymaz. Azərbaycan Elmlər Akademiyasının rəy verməsi o demək deyil ki, bu məsələyə yalnız onlar baxır. Bununla bağlı yaradılacaq komissiyada başqa mütəxəssislər də təmsil olunacaqlar”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Oxşar yazılar

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ
13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05