Görkəmli alimin 60 illik yubileyi qeyd olundu
Bu gün Neft-Kimya Prosesləri İnstitutunda AMEA-nın müxbir üzvü, professor Vaqif Abbasovun 60 illik yubileyi qeyd olunub. Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən AMEA-nın kimya bölməsinin akademik-katibi Nazim Seyidov Azərbaycan Milli Elmlər Akademiyasının təbrikini səsləndirib: “Vaqif Abbasov Azərbaycanın görkəmli alimlərindədir. Ümid edirik ki, onun rəhbərlik etdiyi Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu bundan sonra da böyük uğurlara imza atacaq”. N. Seyidov onu da vurğulayıb ki, V. Abbasov Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kimya fakültəsini bitirdikdən sonra Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında oxuyub, elmlər namizədi adını alıb, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edib və 1992-ci ildə professor adını alıb.
Daha sonra çıxış edən Dövlət Neft Şirkətinin vitse-prezidenti David Məmmədov ARDNŞ rəhbərliyinin təbrikini yubilyara çatdıraraq qeyd edib ki, V. Abbasov neft-kimya sahəsində respublikamızın ən qabaqcıl alimlərindəndir: “Dövlətimiz V. Abbasovun elmi-pedaqoji fəaliyyətini daima yüksək qiymətləndirib. O, “əməkdar müəllimi" fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib”.
Təhsil Nazirliyinin aparat rəhbəri İlham Pirməmmədov çıxışında bildirib ki, V. Abbasov alim olmaqla yanaşı, həm də bir pedaqoqdur: “Vaqif müəllim Neft-Kimya Prosesləri İnstitutunun direktoru, İctimai Teleradio Şirkətinin Yayış Şurasının üzvü olmaqla yanaşı, o, eyni zamanda Bakı Dövlət Universitetinin professoru, Təhsil Nazirliyi nəzdində məktəblilərin kimya olimpiadasını keçirən münsiflər heyətinin, Elmi Metodik Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədridir. Onun geniş əhatəli fəaliyyəti hər zaman böyük minnətdarlıqla qarşılanır”.
Sonda çıxış edən V. Abbasov mərasim iştirakçılarının hər birinə öz dərin təşəkkürünü bildirib.
Anar Məcidzadə

Oxşar yazılar

Həftənin sonuna qədər pulla şanslı olacaq BÜRCLƏR: siz də onların arasındasınızmı?
21 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 avqust 2025 , 08:25
Üç BÜRC "Qara zolaqdan" çıxacaq və çoxdan gözlənilən xoşbəxtliyi tapacaq
21 avqust 2025 , 00:02
"Dalga Beach"də işləmiş bir qrup işçi aylardı maaşını ala bilmir-VİDEO
20 avqust 2025 , 23:04
Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04