Elşad İskəndərov Türkiyə Diyanət İşləri başqanı ilə görüşüb - FOTO
10 oktyabr 2012 19:03 (UTC +04:00)

Elşad İskəndərov Türkiyə Diyanət İşləri başqanı ilə görüşüb - FOTO

Türkiyədə rəsmi səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Türkiyə Diyanət İşləri başqanı Mehmet Görməzlə görüş keçirib. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Elşad İskəndərov görüşdə deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra milli-mənəvi dəyərlərə, dinə göstərilən qayğı və diqqət artıb, prezidentinin başçılığı və təşəbbüsü ilə son illər tarixi-dini abidələrin bərpası ilə bağlı ölkə geniş bərpa və quruculuq işləri gedib.

Azərbaycanda bütün dinlərin tolerantlıq və qarşılıqlı hörmət şəraitində yaşadığını, dövlətin dini ayinlərin həyata keçirilməsi üçün geniş şərait yaratdığını nəzərə çatdıran Elşad İskəndərov inkişafda olan Azərbaycanın, bu modeli dünyada, xüsusilə multikulturalizmin böhranını yaşayan Avropa ilə bölüşmək üçün bütün potensial imkanlara malik olduğunu vurğulayıb. O, bu istiqamətdə Türkiyə Diyanət Başqanlığı ilə birgə Avrasiya coğrafiyasında müştərək layihələr həyata keçirmək üçün əməkdaşlıq təklif edib. Təklif Türkiyə tərəfindən məmnuniyyətlə qəbul olunub.

Mehmet Görməz görüşdə Türkiyə Diyanət Başqanlığı haqında geniş məlumat verib. Onun sözlərinə görə, Türkiyə Diyanət Başqanlığında 120 min müfti, imam, müəzzin çalışır. Türkiyədə Diyanət Başqanlığına bağlı ümumilikdə 85 min, Avropada isə daha altı min məscidin fəaliyyət göstərir. Mehmet Görməz vurğulayıb ki, Avropada İslami tolerant müasirliyi və elmi yanaşmanı əhatə edən bir dünyagörüşü kimi təbliğ etmək üçün unikal imkanları var.

Elşad İskəndərov Azərbaycan Türkiyənin qardaşlıq prinsipləri əsasında əməkdaşlığının dərin tarixi köklərinin olduğunu qeyd edib. Bu il Xocalı soyqırımı iyirminci ildönumu ərəfəsində Türkiyənin 85 min məscidində Xocalı şəhidlərini anan və onu törətmiş caniləri lənətləyən xütbənin səslənməsinə görə Mehmet Görməzə təşəkkürünü bildirən Elşad İskəndərov milli-mənəvi dəyərlərimizin birgə qorunub saxlanmasının və artmaqda olan münasibətlərimizin mənəvi əsaslarının möhkəmləndirilməsini də vacib sayıb.
Görüş zamanı Azərbaycan və Türkiyənin dini maarifləndirmə işi sahəsində əməkdaşlığının inkişaf etdirilməsi zəruri hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1436

Oxşar yazılar