Vergilər nazirinin müavini: “Müəssisələr işçi ilə müqavilə bağlamağa borcludurlar”
10 oktyabr 2012 15:14 (UTC +04:00)

Vergilər nazirinin müavini: “Müəssisələr işçi ilə müqavilə bağlamağa borcludurlar”

“Bir müəssisə işçisi ilə əmək müqaviləsi bağlayır. Beş gün keçəndən sonra həmin müqaviləni ləğv edir. Bəzən belə hallara da rast gəlinir”. Lent.az-ın məlumatına görə, bunu DSMF-nin 20 illik yubileyi ilə bağlı tədbirdə çıxışı zamanı vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

S. Ələkbərovun sözlərinə görə, elə müəssislər də var ki, ümumiyyətlə işçiləri ilə müqavilə bağlamır. Bu məsələ ilə bağlı Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və digər qurumlar ciddi işlər görülür.

Nazir müavini onu da bildirib ki, hər müəssisənin öz işçisi ilə müqavilə bağlaması qanunla borcudur.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2192

Oxşar yazılar