Rusiyaya casusluqda şübhəli bilinən azərbaycanlının məhkəməsi Nyu-Yorkda olacaq
Bu barədə Hyuston federal məhkəməsinin hakimi Corc Henks məlumat verib.
Nyu-Yorkda ilk dinləmələr oktyabrın 17-nə təyin olunub.
Xatırladaq ki, oktyabrın 2-də Hyustonda ABŞ-dan qanunsuz olaraq mikroçiplərin çıxarılması ittihamı ilə 8 nəfər saxlanıb. Onlara qarşı müvafiq lisenziya olmadan ABŞ ərazisində yüksək texnologiyaların çıxarılması və casusluqla bağlı ittiham irəli sürülüb.
Ümumilikdə 11 nəfərə ittiham irəli sürülsə də, onlardan 8 nəfər saxlanıb. Onların arasında Sevinc Tağıyeva adlı Azərbaycan vətəndaşı da var. Məlumatı Azərbaycan XİN də təsdiqləyib.

1025