Rusiyada azərbaycanlılar atışıb: 5 yaralı
Rusiya informasiya vasitələrinin yaydığı məlumata əsasən, olayda altı nəfər iştirak edib.Aralarında aranan mübahisə zamanı onlardan biri odlu silahdan atəş açıb. Münaqişənin səbəbləri məlum deyil.
Qarşıdurma nəticəsində 5 nəfər xəstəxanaya müraciət edib. Yaraları yüngül olan 4-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb, biri isə müalicəsini xəstəxanada davam etdirir.
Baş vermiş hadisə ilə bağlı “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, iki həftə əvvəl Leninqrad vilayətində azərbaycanlıların iştirakı ilə daha bir silahlı toqquşma olmuşdu. Azərbaycan və Çeçenistandan olanlar arasındakı atışma nəticəsində bir nəfər ölmüşdü.

1250