Gizli kamera: “Tanrının gözü”ndən necə yayınmaq olar? - ARAŞDIRMA
Son günlər Azərbaycanda gizli çəkilişlər mövzusu xeyli aktuallaşıb və hətta ciddi mübahisələrə də səbəb olub. Gizli çəkilişin «hökmünü» müşahidə edənlər «gizli kamera nədir, nə vaxt yaranıb, cəmiyyətə və dövlətə nələr verə, həyatımızdan nələri oğurlaya bilər və onun istifadəsi qanunla necə tənzimlənir...» kimi suallara cavab tapmaq istəyirlər.
İlk gizli kamera
Əslində, buna «kamera» əvəzinə, «ilk gizli çəkiliş» (paparazzilik) demək daha doğrudur. Amma hər halda, tarix tarixliyində qalır və beləliklə, «gizli kameranın» tarixi 1920-ci il olaraq götürülür. «Nyu-York Deyli» qəzeti öz fotoqrafını bir idman hadisəsini gizli olaraq çəkmək üçün ayağına bağladığı fotoaparatla meydana göndərir və çəkilişləri yayımlayır.
Bu tirajlanmadan sonra «gizli kamera» anlayışı yaranır.
Ancaq əlbəttə ki, hazırda istifadə olunan, səs və video görüntüləri həssaslıqla qeyd edən cihazlar 1956-cı ildə Çarlen Ginspubrqun videokasset cihazlarını kəşf etməsindən sonra meydana çıxıb. Bu texniki nailiyyətdən sonra gizli çəkilişlər aparmaq üçün kameraların təkmilləşmə prosesi başlandı.
Hazırda gizli çəkilişlər üçün çox kiçik, hətta düyü dənəsi boyda kameralardan istifadə edilir.
Gizli kameranın növləri
Bu «növlər» həddən artıq çeşidli və rəngarəng olduğundan, onları sıralamaq və konkretləşdirmək olduqca çətindir.
Qol saatının içində və siferblatının üstündə, həmçinin eynək şüşəsində quraşdırılan xüsusi kameralar istisna olmaqla, digərləri istifadəçinin təxəyyülündən asılı olaraq, müxtəlif yerlərdə peyda olmaqla, «gizli kameranın növlərini» artırır. Məsələn, düymədə, saçın içində, divar saatında, elektrik şəbəkəsində, telefonda, üzüyün qaşında və s. ağla gələn və gəlməyən yerlərdə yerləşdirilən gizli kameralar var.
Qol saatı və eynək şüşəsində yerləşdirilən kameralar linza şüşəsindən xüsusi texnoloji avadanlığın köməyi ilə hazırlanır və onu adi gözlə görmək mümkün deyil. Digərləri isə yerləşdiyi məkana görə deyil, xüsusi keyfiyyətlərinə görə fərqlənirlər.
Hazırda istifadə edilən gizli kameralar kabelli və ya kabelsiz ola bilir, kənardan idarə edilənləri, səs və hərəkətlə işə düşənləri var; bucaq altında qurulan «həssas gizli kameralar» kənar görüntü və səsləri qeydə almır, yalnız «hədəfin» hərəkət və səsi ilə işə düşür.
Keyfiyyəti və yaddaşı
Texnologiya o qədər sürətlə inkişaf edir ki, biz bu sətirləri yazarkən belə təsəvvür edə bilməyəcəyimiz keyfiyyətə malik «gizli kameranın» yaranması mümkündür.
İctimaiyyətə bəlli olan daha geniş gizli kameralara hazırda ən azı 5,2 meqapiksellik cihazlar quraşdırılıb ki, bu da çox keyfiyyətli görüntü almaq üçün kifayət edir.
Ölçüsünə görə 2 saatdan 140 saata qədər çəkiliş aparmaq imkanı verən batareyalar quraşdırılan kiçik kameraların yaddaşı onlarla geqabayta (gb) qədər artır.
Ən kiçik ölçülü kameralar belə ən azı 10 metrdən görüntü və səs yazmaq imkanına malikdir.
Çəkisi hiss edilməyəcək dərəcədə, hətta 50 qram və daha az olan «uçan kameralar» da var ki, təyyarə və helikopterlərdə istifadə olunur.
Gizli kameralar niyə yarandı?
Mobil telefonlar kimi, kiçik ölçülü «gözəgörünməz» gizli kameraların da ixtira zərurətini kəşfiyyat orqanlarının işini daha keyfiyyətli etmək istəyi doğurub. Əvvəllər bu kiçik kameralardan xəfiyyələr istifadə ediblər - insanları ələ keçirmək («verbovka»), qorunan obyektlərin təyinatını öyrənmək, məxfi danışıqları izləmək, terrorun, təxribatların qarşısını almaq, casusları aşkara çıxarmaq üçün… Daha sonra isə bu vasitə hüquq-mühafizə orqanlarının işinə yaramağa başladı – oğurluğun, qarətin qarşısını almaq, qətldə, qarətdə şübhəli bilinənlərlə bağlı faktlar əldə etmək və s. üçün.
Göz bəbəyinə yerləşdiriləcək səviyyədə (göz linzası formasında) təkmilləşən gizli kameraların çəkiliş apardığı anda da uzaq məsafəyə, hətta nəzərə çarpmadan internet şəbəkəsinə qoşulmaqla min kilometrlərlə kənara «canlı yayım» ötürmə imkanı FBR, Mİ6 və MOSSAD-ın kabus kimi hər yerdə olduğu barədə məşhur şayiələrin yaranmasını şərtləndirən əsas vasitələrdən sayılır. Sonradan texnologiyanın daha da inkişafı və kosmosdan dünyanın istənilən nöqtəsini izləmək imkanı kəşfiyyat üçün yaranan gizli kameraların bir qisminin açıq bazara çıxmasına mane olmadı.
Həyatımızın bir hissəsi
İndi «gizli kamera» statusu alan cihazlar olmasa, həyatımızın hansı fəsadlarla üzləşəcəyini təsəvvür belə etmək çətindir. Nəqliyyatın intellektual idarəetməsindən tutmuş şəxsi təhlükəsizliyimizə qədər kameralar ciddi əhəmiyyət daşıyır.
Bu kameraların böyük əksəriyyəti gözlə göründüyü halda, niyə onlar hələ də «gizli kamera» statusunu saxlayırlar?
Səbəb odur ki, işləmə arealından xəbərsiz olanlar üçün «görünən» kameralar da «gizli» mahiyyət daşımaqla, hüquq-mühafizə orqanlarının işinə böyük töhfələr verir. Məsələn, yol müşahidə kameralarının 200 metrlik diametrdə bütün görüntüləri və minlərlə səsin hər birini ayrı-ayrı qeydə alma imkanları meqapolisin təhlükəsizliyini təmin etməkdə unikal vasitə sayılır.
İaşə obyektlərinin, zavod və fabriklərin və şəxsi evlərin təhlükəsizliyinin təminində bu kameraların rolu əvəzsizdir. Xüsusilə mühüm obyektlərin mühafizəsində, həmçinin şəxsi həyatımızın müəyyən hissəsində gözlə görülməyən «gizli kameralardan» istifadəni də mütəxəssislər yüksək dəyərləndirir.
Təbii ki, «şəxsi həyat» məsələsi gündəmə gələn kimi fikirlər haçalanır. Ancaq söhbət «bəzi məqamlardan» gedir. Məsələn, hər bir valideyn dayənin evdəki körpəsi ilə necə rəftar etməsini izləmək haqqına malikdir. Bu mənada gizli kameralar vasitəsilə dayələr nəzarətdə saxlanılır və körpələrin zorakılıqla üzləşməsi ehtimalı azalır.
Gizli kameraların şəxsi həyata nüfuzu
Gizli kameraların şəxsi həyata «qədəm basmasını» qısqanclıq hadisəsi ilə əlaqələndirirlər. Aldandığını düşünən ərin (yaxud arvadın) heç bir məhdudiyyət olmadan, açıq satışdan əldə etdiyi «gizli kamera» vasitəsi ilə həyat yoldaşını izləməsi gizli kameranın şəxsi həyata ilk müdaxiləsi sayılır.
Daha sonra isə gizli kameralar sürətlə insanların şəxsi həyatına nüfuz etməyə başladı.
Mütəxəssislər şəxsi həyatın gizli olaraq izlənməsini 3 amillə əsaslandırırlar:
1) Şantaj;
2) siyasi (maliyyə) rəqibini ifşa və ya siyasi (maliyyə) partnyorunu müşahidə imkanı;
3) neqativlikləri sübut etmə vasitəsi…
Artıq bütün dünyada gizli kameraların şəxsi həyata müdaxiləsi ciddi mübahisələrin yaranması ilə nəticələnir. Şəxsi həyatın toxunulmazlığını əsas götürən hüquq müdafiəçiləri bu halı cinayət, bir çox ictimaiyyət nümayəndələri və ziyalılar isə «ictimai özünənəzarət» adlandırırlar.
Hər iki baxışla tanış olaq.
Toxunulmazlıq pozulanda
Bir çox ölkələrin, o cümlədən Azərbaycanın Ali Qanununda şəxsi həyatın toxunulmazlığına zəmanət verilir: şəxsin icazəsi olmadan foto və video çəkilişlərin aparılması və bundan ona qarşı istifadə edilməsi qadağandır.
Hətta dünyanın ən nüfuzlu nəşrlərindən olan «Nyu York Tayms» müsahibənin çapa gedən son variantını oxuması və imzalaması üçün müsahibə göndərilməsi ilə bağlı onillərlə mövcud olmuş ənənəsindən yalnız bir neçə gün öncə imtina etdi. Müsahibin fikirlərinin belə ictimai təqdimatında onun imzalı razılığını almaq əsas vasitələrdən sayılırdı.
Buna baxmayaraq, vətəndaş cəmiyyəti qurmaları və dünyaya demokratiya ixracı ilə qürur duyan ölkələrdə də şəxsi həyatın ictimailəşdirilməsi nəticəsində bir çox siyasətçilər seçkilərdə rəqibinə uduzub, maliyyə oliqarxları müflis olub. Təkcə qardaş Türkiyədə CHP lideri Dəniz Baykal və MHP yetkililəri barədə «şok özəl görüntülərin» ictimailəşməsi buna misal ola bilər: MHP-nin 4 başqan yardımçısını seçkilərdən çəkilməyə, Türkiyənin ana müxalifət lideri Dəniz Baykalı siyasi karyerasına son qoymağa məhz «özəl həyatlarının ictimailəşməsi» səbəb oldu.
Siyasi və maliyyə mübarizəsi aparan rəqiblərin bu vasitələrdən istifadəsi gizli kameranın insanların özəl həyatını əlindən alması anlamında ciddi şəkildə qınanılır.
Ancaq bunun bəzi müsbət tərəflərini hüquqşünaslar da etiraf edirlər.
İctimai özünənəzarət
Ən sivil ölkələrdə belə ictimai-siyasi əhəmiyyət kəsb edən şəxsin korrupsiya və rüşvət tələbinin gizli kamera vasitəsilə çəkilib ictimailəşdirilməsinə müsbət yanaşılır. Amma o şərtlə ki, gizli çəkilişi aparan şəxs bundan şantaj vasitəsi kimi deyil, rüşvət və korrupsiyanın ifşası kimi istifadə etməlidir.
Bu vəziyyət isə növbəti mübahisələrə yol açır: bəziləri gizli çəkilişin daha çox şantaja xidmət etdiyini, yalnız şantaj baş tutmadıqda gizli çəkilişin ifşaya yönəldiyini əsas gətirir və niyyətin səmimiliyinin sübutu kimi iki şərt irəli sürürlər:
1) korrupsiya və rüşvət faktını ifşa etmək istəyi ilə gizli çəkiliş aparılırsa, hüquq-mühafizə orqanları əvvəlcədən xəbərdar edilsin (ən yaxşı halda);
2) bu mümkün olmadıqda isə gizli şahidlərin iştirakı ilə aparılan çəkiliş bir an belə yubanmadan hüquq-mühafizə orqanlarına təhvil verilsin.
Digərləri isə «niyyətindən asılı olmayaraq» gizli çəkilişin mövcudluğunu cəmiyyətin öz-özünə və ayrı-ayrı ictimai-siyasi xadimlərə nəzarət mexanizmi kimi səciyyələndirir və bunu birmənalı olaraq müsbət hal kimi qəbul edirlər.
Arqumentləri isə aşağıdakılardır:
1) şantaj varsa və hansısa ictimai xadim, maliyyə bosu, iş adamı bundan ehtiyat edirsə, deməli, «nümunəvi insan deyil», belələri isə cəmiyyətə xeyirdən çox, ziyan verirlər;
2) siyasi rəqabət aparan hakimiyyətə iddialı şəxs özəl həyatı, danışıqları, təlim-tərbiyəsi ilə şəffaf olmalı və rəqibinə siyasi karyerasını bitirmək imkanı verməməlidir və s.
Bir sözlə, gizli kameranı “Tanrı bəxşişi” sayanlar da az deyil.
Belə iddia irəli sürən insanların «maksimalist» və «ictimai-siyasi xadimdən hər şey tələb edən idealist» adlanmalarına da diqqət çəkək. Çünki özünü cəmiyyətə həsr edən hər bir insanın özəl həyatını istədiyi kimi yaşama haqqını həmin cəmiyyətdən tələb etməsi hüququnu «maksimalistlərə» əks-arqument kimi irəli sürürlər.
Amma maraqlıdır ki, sıravi insanın şəxsi həyatı ilə bağlı gizli çəkilişlərdə heç bir mübahisə yoxdur: belə çəkilişi bütün tərəflər cinayət kimi qəbul edir.
Necə qorunmaq olar?
Gizli kameranın şəxsi həyata nüfuzunun müsbət və mənfilikləri ilə bağlı mübahisələr saysız-hesabsızdır və az qala hər gün yeni-yeni fikirlər ortaya çıxdığından, onları tam əhatələmək də mümkün deyil.
Fakt odur ki, istəyib-istəməməyimizdən asılı olmayaraq, gizli kamera artıq siyasi-ictimai həyatımızın tərkib hissəsinə çevrilib.
Bəs, ondan qorunmaq olarmı?
Mütəxəssislər bunun onlarla yolunu göstərirlər ki, bəzilərini xatırlayaq:
1) Heç bir halda qeybət etməmək, kiminsə (xüsusən həmkarların) ünvanına tənqidi fikirlər səsləndirərkən qeyri-etik ifadələr seçməmək;
2) Normadan artıq spirtli içki qəbul etməmək və özünə nəzarət hissini itirməmək;
3) Şəxsi istirahət anlarını əvvəlcədən proqramlaşdırmamaq, «daimi istirahət yeri» seçməmək;
4) İstirahət saatlarında mobil telefonu söndürmək, hər hansı çəkilişə icazə verməmək və s.
Gizli kameranı müəyyənləşdirməyin də yolları var:
1) Nə qədər kiçik olsa da, kamera işləyəndə yüngül səs edir və sakitlik yaranarkən bu səsi hiss etmək mümkündür;
2) Qapalı məkanın hər tərəfini izləməsi üçün gizli kamera adətən yüksəklikdə qurulur, buna görə də şübhələndiyin halda məkanı bütövlükdə «görmək imkanı» verən divarlara diqqətlə baxmaqla xırda «nöqtəni» tapmaq olur;
3) Gizli kameraların obyektivində işığa həssas qurğu parıldayır. Əgər otağın işığı söndürülərsə və divara fənər işığı salınarsa, «gizli kameranın» parıltısını aydın görmək imkanı yaranar və s.
Rahat üsullardan biri kimi isə gizli kameranı «tapan» cihazlardan istifadə edilməsi məsləhət görülür.

9397