Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə seminar keçirilib - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi sisteminin təkmilləşdirilməsi üzrə Üçtərəfli Milli Seminarı keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Finlandiyanın ölkəmizdəki səfiri Yuhani Toyvonen, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in sosial təhlükəsizlik üzrə baş mütəxəssisi Mariko Ouchi və beynəlxalq ekspertlər, aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, finlandiyalı donorlar və başqaları iştirak edib.
Seminarda qeyd olunub ki, Azərbaycan Respublikası 2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi ilə bağlı 183 nömrəli Konvensiyasını ratifikasiya edib. Seminarda həmçinin Azərbaycanda beynəlxalq əmək standartları və analığın mühafizəsi üzrə milli təcrübə, kişi və qadınların sosial ehtiyaclarının ödənilməsi, əmək bazarında kişi və qadınların bərabər iştirakının tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil olunub.

Oxşar yazılar

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır
22 aprel 2025 , 00:02
SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO
21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR
21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək
21 aprel 2025 , 18:38
Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ
21 aprel 2025 , 18:13Sabahın tibbi-meteoroloji PROQNOZU
21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?
21 aprel 2025 , 16:50