Səlim Müslümov: «Yaxın 4-5 ayда pensiyaların avtomatlaşdırılmış təyinatını həyata keçirəcəyik»
Fondun yerli şöbələri üçün 56 yeni inzibati bina tikillib, 20 bina əsaslı təmir olunub. Avtomatlaşdırılmış iş yerləri vasitəsilə insanlara göstərilən xidmətin də avtomatlaşdırılması həyata keçirilir.
DSMF Qax rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimində qurmun sədri Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib: “Artıq bizim üç əsas fəaliyyət istiqamətimizdən biri, yəni pensiyaların ödənişi tam avtomatlaşdırılıb. Pensiyaların maliyyələşdirilməsi üçün əsas vəsait mənbəyi olan sosial sığorta haqlarının toplanması prosesinin avtomatlaşdırılması işi də sürətlə gedir, yəni fərdi uçot sistemi qurulur. Eyni zamanda, hesabatların elektron qəbuluna keçidi baş verir. Artıq 6 aylığın nəticələrinə görə, ölkə üzrə 8900-ə yaxın sığortaedən öz hesabatlarını bizə elektron şəkildə təqdim edib. Üçüncü əsas məsələ pensiyaların təyinatının avtomatlaşdırılmasıdır. Bunun üçün bütün məlumatların toplanıb başa çatdırılması lazımdır.Bu da yaxın vaxtlarda başa çatacaq. Yaxın 4-5 ay ərzində ölkədə pensiyaların avtomatlaşdırılmış təyinatını həyata keçirə biləcəyik”.

1024