CASCFEN Mətbuat Şurasının üzvü olmaq istəyir
27 sentyabr 2012 17:36 (UTC +04:00)

CASCFEN Mətbuat Şurasının üzvü olmaq istəyir

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, şuranın sədri Əflatun Amaşov 2003-cü ildən fəaliyyət göstərən qurumun bu günlərdə Ədliyyə Nazirliyində qeydiyyata alınmasına toxunub və bunun CASCFEN-in iş səmərəliliyinin artırılmasında müstəsna rol oynayacağına əminliyini ifadə edib.

Əflatun Amaşov daha çox Orta Asiyadakı fəaliyyəti ilə tanınan təşkilatın Türk dünyasındakı media vasitələri ilə sıx təmaslar qurmaq niyyətini vacib məqam kimi vurğulayıb. Onun sözlərinə görə, ümumən türkdilli media orqanları ilə ardıcıl əlaqələndirici missiyaya böyük ehtiyac duyulur. Əflatun Amaşov CASCFEN-in mövcud istiqamətdə də mühüm mövqe tutacağına ümid bəsləyir.

CASCFEN sədri Azər Həsrət rəhbərlik etdiyi qurumun hazırkı fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. O deyib k, təşkilat hazırda əsas missiyasına uyğun olaraq Türk dünyasındakı aparıcı media qurumları ilə əlaqələr yaradır. Eyni zamanda ölkə daxilində də görüşlər keçirir, müxtəlif mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirir. Azər Həsrət hazırkı məqamda CASCFEN qarşısında duran vəzifənin Mətbuat Şurasına üzvlük olduğunu önə çəkib və Şura ilə birgə əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirib.

Görüşdə gələcək qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746

Oxşar yazılar