Astarada humanitar aksiya gerçəkləşdirilib
APA-nın Cənub bürosunun məlumatına görə, Mərkəzi Qan Bankının Lənkəran bölməsi və Astara Mərkəzi Rayon Xəstəxanasının birgə təşəbbüsü ilə keçirilən xeyriyyə tədbirində 100-dən çox rayon sakini iştirak edib.
Günün sonuna kimi davam edən aksiya zamanı tədarük olunan qan Respublika Qan Bankına təhvil veriləcək və talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən insanların müalicəsi üçün istifadə olunacaq.
Qeyd edək ki, Astara rayonunda hazırda 12 nəfər talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkir.

1521