(R) «Onetwotrip» ittihamlara cavab verdi
21 sentyabr 2012 15:33 (UTC +04:00)

(R) «Onetwotrip» ittihamlara cavab verdi

Son zamanlar Azərbaycanın internet məkanında «Onetwotrip» şirkəti haqqında həqiqəti əks etdirməyən böhtan xarakterli xəbərlər dərc olunur. Bu barədə Lent.az-a «Onetwotrip» şirkətindən bildirilib.

Şirkətdən verilən məlumata görə, «Onetwotrip» aviabiletlərin «online» rezervaziyası və satışı sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin sahibləri isə Petr Kutis və «Phenomen Ventures» beynəlxalq fondudur.

«Onetwotrip» şirkəti internetdə bilet almaq üçün ən etibarlı və müasir bilet alışı sistemidir. İnternet layihəsi müştərilərin vaxtına qənaət etmək və bir neçə dəqiqə ərzində dünyanın istənilən yerinə lazımi bilet almağa imkan yaradır.

«Şirkət Azərbaycan bazarında çox qısa zaman ərzində böyük uğur əldə edib. «Onetwotrip» sərfəli, etibarlı, əlverişli və operativ olduğuna görə bilet satışı bazarında fərqlənir», - deyə şirkətdən bildirilib.

Gün ərzində minlərlə bilet satışını həyata keçirən «Onetwotrip» Azərbaycanda dünyanın istənilən ölkəsinə biletlərin «online» satışı və rezervasiyasını həyata keçirən ilk beynəlxalq şirkətdir. İngilis, alman, rus və digər dillərdə olan «Onetwotrip» Azərbaycanda olan müştərilərə ən yüksək xidmət göstərmək məqsədilə artıq Azərbaycan dilində olan www.onetwotrip.az saytını istifadəyə verib.

Təkmilləşdirilmiş innovasiyalı qiymət axtarışı və analizi sisteminin mövcudluğu sahəsində «Onetwotrip» müştərilərinə hər zaman lazımi istiqamətdə və tarixlərdə sərfəli qiymət təqdim etmək iqtidarındadır: «Daim müştərilərinin rahatlığını düşünən «Onetwotrip» vasitəsi ilə sifariş verənlərin biletləri ödənişdən dərhal sonra – 10 saniyə ərzində hazırlanır».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar