İqtisad Universitetinin Dağıstan filialına ittiham
21 sentyabr 2012 13:27 (UTC +04:00)

İqtisad Universitetinin Dağıstan filialına ittiham

Lent.az-ın “RİA Novesti”-yə istinadən verdiyi məlumata görə, regional idarə universitet filialını qeyri-qanuni fəaliyyət göstərməkdə və Rusiya qanunlarını kobud şəkildə pozmaqda ittiham edərək, protokol tərtib edib.

İdarənin iddiasına görə, filial Azərbaycan Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərsə də, RF-nın Təhsil Nazirliyi bu quruma lisenziya verməyib. Bütün bu məsələlərlə əlaqədar Federal Xidmətin Dağıstan regional idarəsi Dərbənd Federal Məhkəməsinə müraciət edib. Federal Xidmət həmçinin filialla bağlı ölçü götürülməsi üçün Dağıstanın Elm və Təhsil Nazirliyinə də məktub göndərib.

Məsələyə münasibət bildirən ADİU-nun mətbuat və informasiya şöbəsinin müdiri Zəfər Bayramov bildirib ki, məlumat həqiqəti əks etdirmir: “Qeyd olunan filial Azərbaycan və Rusiya prezidentlərinin birgə imzaladığı müqavilə əsasında fəaliyyət göstərir”.

Z. Qurbanovun sözlərinə görə, ADİU yeganə ali məktəbdir ki, xarici ölkədə filialı fəaliyyət göstərir.

“Bir daha qeyd edirəm ki, burda qeyri-qanunilikdən söhbət gedə bilməz. Eyni zamanda, filialın yeni binası da yaxın zamanlarda istifadəyə veriləcək” - deyə, Z. Qurbanov əlavə edib.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2384

Oxşar yazılar