Avropa Qəzetçilər Dərnəyi Qənirə Paşayevanı mükafatlandırdı - FOTO
“Bizi zəiflətmək istəyənlərin arzuları hər zaman ürəklərində qalacaq”
Avropa Qəzetçilər Dərnəyi millət vəkili Qənirə Paşayevaya “İlin ən yaxşı millət vəkili”, Türk xalqlarının birləşməsi və inkişafı naminə xidmətlərinə görə “Türk Dünyasına Xidmət” xüsusi mükafatı təqdim edib.
Lent.az-ın verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən XI Media Mükafatları ilə balı tədbirdə millət vəkili Ceyhun Osmanlı “İlin millət vəkili”, Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Azərbaycanda göstərdiyi xidmətlərə görə “İlin səfiri”, Gülnarə Xəlilova “İlin modelyeri”, Taleh İmanov “İlin gənc iş adamı”, Tünzalə Ağayeva “İlin azərbaycanlı sənətçisi” adına layiq görülüb.
Mərasimdə çıxış edən Qənirə Paşayeva deyib ki, bu mükafatı özünün Türk dünyası sevdası, duyğu, düşüncə və əməlləri ilə Türk gəncliyinə böyük örnək olan, yol göstərən Türk dünyasının böyük dövlət adamlarını, liderlərini, aydınlarını, şəhidlərini rəhmət və sayğı ilə anaraq, onların ruhları qarşısında baş əyərək alır. Millət vəkili son günlər Türkiyədə baş verən terror hadisələrinə toxunub, şəhidlərə rəhmət diləyib: “Biz bir millət, iki dövlətik, bizim sevincimiz kimi ağrı-acımız da birdir. Azərbaycan hər zaman Türkiyənin, Türkiyə də Azərbaycanın yanında olub və olacaq. Bizi zəiflətmək istəyənlərin arzuları hər zaman ürəklərində qalacaq. Mən əminəm ki, Türk Dünyası, onun birliyi və bərabərliyi getdikcə daha da güclənəcək. Biz hamımız bunun üçün əlimizdən gələni etməliyik”.
Qənirə Paşayeva çıxışında Qarabağ problemindən də söz açıb: “Azərbaycan torpaqlarının, bizim və sizin vətəninizin 20%-nin Ermənistanın işğalı altında olması hamımızı ciddi narahat edir, üzür, kədərləndirir. Mən bilirəm ki, bu mükafatı təsis edənlərin, Türk dünyası sevdalısı qardaş-bacılarımızın ən böyük arzusu odur ki, gələn il bu mükafatlandırma mərasimini birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Qarabağımızda, Xankəndimizdə, Xocalımızda, Şuşamızda və digər cənnət bölgələrimizdə keçirək. Mən əminəm ki, o gün uzaqda deyil və biz birlikdə buna nail olacağıq”.

902