Tərkibində şəkər olan qazlı içkilər zərərlidir
20 sentyabr 2012 18:22 (UTC +04:00)

Tərkibində şəkər olan qazlı içkilər zərərlidir

“Azərbaycanda qeyri-yoluxucu xəstəliklərlə bağlı vəziyyət və qeyri-yoluxucu xəstəliklərin risk faktorları” mövzusunda tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən təşkil edilib.

Tədbiri giriş sözü ilə açan İSİM-in şöbə müdiri Töhfə Cəmilova qeyri-infeksion xəstəliklər barədə məlumat verib: “Qan dövranı sisteminin xəstəlikləri, xroniki tənəffüs xəstəliləri, travmalar qeyri-infeksion xəstəliklər hesab olunur”. T. Cəmilova onu da vurğulayıb ki, alkoqollu içkilər, tütündən istifadə bu cür xəstəliklərin yaranmasına səbəb olur. “Bir məsələni də qeyd edim ki, tərkibində şəkər olan qazlı içkilər zərərlidir” - deyə, T. Cəmilova əlavə edib.

Daha sonra çıxış edən USAİD-ın maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi rəhbərinin müavini vurğulayıb ki, martın 12-də elan olunan “Vərəmlə bağlı stiqmaya qarşı mübarizə” mövzusunda keçirilmiş jurnalist yazıları barədə məlumat verib və KİV nümayəndələrinin suallarını cavablandırıb.

Qeyd edək ki, sonda müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.

Anar Məcidzadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1151

Oxşar yazılar