“Prezidentlə Ərdoğanı həyətdə gördüm, özümü itirdim...” – REPORTAJ
“Sən oxumuş adama oxşayırsan, bilərsən. Səncə indiyədək Şəki kimi gözəl yerdə olubdumu, Ərdoğan?”
Soltan kişinin, bizi Şəkidə elədən-elə, belədən-belə gəzdirən təxminən 60 yaşlı ağsaqqalın bu sualına cavab vermək iqtidarında deyildim, təbii. Amma maraqla cavab gözləyən Soltan kişiyə bir söz deməli idim:
- Nə bilim, vallah...
***
...Beləcə, Allahı çağıra-çağıra Soltan kişi bizi gətirib çıxardı düz Cümə məscidinə. O Cümə məscidinə ki, bəndənizdən iki gün əvvəl burda Azərbaycan prezidenti ilə Türkiyənin baş naziri olmuşdular. Həmin vaxt elə bu məsciddəcə prezident İlham Əliyevə və baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim də hədiyyə olunmuşdu. Elə baş nazir də necə deyərlər, borclu qalmamışdı, o da məscidə Qurani-Kərimin türkcəyə tərcümə olunmuş variantını bağışlamışdı. Amma prezidentin Şəki səfəri təkcə Cümə məscidini ziyarətlə kifayətlənməmişdi: onlar Xan sarayında, qədim karvansarada, ondan da qədim Kiş məbədində də olmuşdular.
Biz, Azərbaycan prezidenti və Türkiyə baş nazirin getdiyi yerlərdə olduq, onlarla söhbətləşən, onları müşayiət edən çox maraqlı şəxslərlə görüşdük. Və məlum oldu ki…
“Məscidin əzəməti Ərdoğanda təəccüb yaratdı”
Gəlin, tələsməyək. Hələlik Cümə məscidindəyik. Etiraf edək Ki, çox möhtəşəm məsciddir. Cümə məscidinin nəzdində Şəki İslam Mədrəsəsi də fəaliyyət göstərir. Mədrəsədə isə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyirlər. Maraqlıdır ki, Azərbaycanda yeganə hafiz məktəbi bu mədrəsədədir. Və nəhayət, ən maraqlısı; burada tələbələrə Quranla, ərəb dili ilə yanaşı… kompüter texnologiyaları da öyrədilir.
Cümə məscidində bizi mədrəsənin müəllimi Vüqar qarşıladı. Cavan oğlandır, 30 yaşı ola, ya olmaya. Amma hiss olunur ki, mədrəsədə nüfuz yiyəsidir. Vüqar deyir ki, prezidentlə baş nazirin məscidə gəlişini gözləyirdilər:
- Həm biz, həm də mədrəsənin tələbələri üçün sevincli bir gün oldu. Prezidentlə Ərdoğan mədrəsənin tələbələri ilə görüşdülər, söhbət etdilər. Məscid haqda məlumat verdik. Bildirdik ki, regionda ən böyük Allah evidir. Azərbaycanda hafiz yetişdirən yeganə mədrəsə də bizim məsciddədir. Sonra xatirə şəkli çəkdirdik.
Məscid doğurdan da böyüklüyü və əzəməti ilə diqqət çəkir. Sahəsi bəlkə də min kvadratmetrdən çoxdur. Minarəsinin hündürlüyü də 25 metrə çatar. Vüqar deyir ki, məscidin əzəməti Ərdoğanda təəccüb yaratdı:
- Əslində onun məscidə heyranlıqla tamaşa eləməsi də bizdə qürur hissi oyatdı. Biz, Cümə məscidinin adından ona və prezidentimizə Qurani-Kərim hədiyyə etdik. Bax, bundan...
Bunu deyib də hədiyyə edilən müqəddəs kitabdan birini gətirir. Çox nəfis şəkildə hazırlanmış kitabdır. Vüqarın dediyinə görə, Ərdoğan da öz növbəsində məscidə türkcəyə tərcümə olunmuş Quran bağışlayıb.
“Zəng elədilər ki, prezidentlə Ərdoğan Kişə gəlir”
…Çox unikal kənddir Kiş. Azərbaycanın Nic, Lahıc, Basqal, İvanovka kəndləri kimi. Allah bu kənddən heç nəyi əsirgəməyib: təmiz havası, bal kimi suyu, uca dağları, uzanıb gedən meşələr. Və təbii ki, insanları.
- Açığı, prezidentlə Ərdoğanın Kişə səfəri planlaşdırılmayıbmış. Yəni proqramda yox idi. Bir də gördüm ki…
Bunu Kiş Tarixi Memarlıq Qoruğunun direktoru İlhamə Hüseynova deyir. Elə bizim də qəfil gəlişimizi gözləmirdi, deyəsən.
- Zəng elədilər ki, qonaqlar Kişə gəlirlər. Şükür Allaha, məbəddə həmişə səliqə-sahman olur. Amma qonaq gəlir axı, bir süfrə açmaq, heç olmasa çay dəmləmək lazımdı. Bunların heç birini çatdıra bilmədim. Bir də gördüm ki, maşınları artıq məbədin qarşısında dayanıb.
İlhamə xanım deyir ki, əvvəlcə qonaqlara məbəd haqda məlumat verdim.
- Elə İlham müəllim özü də məbəd haqda böyük bilgiyə malik idi. Hə, Kişdə, məbəddə olub. Bax, orda - əli ilə məbədin həyətindəki çardağın altındakı stolu göstərir - oturub çay da içmişik. Məbədin tarixindən, qədim Alban mədəniyyətindən xeyli söhbətlər etmişik. Deməyim odur ki, əslində mənim xüsusi bələdçiliyimə də ehtiyac yox idi, cənab prezident ətraflı məlumat verdi qonağa...
- Deyirsiz ki, prezident məbədlə bağlı kifayət qədər məlumatlıdır. Bəs Ərdoğan ən çox nə ilə maraqlandı?
- Vallah, hər şeylə. Ona bildirdik ki, Kiş məbədi Qafqazda ən qədim apostol məbədidir. Məlumat verdik ki, əfsanəvi Norveç alimi və səyyahı Tur Heyerdalın xeyir-duası ilə bu məbədi artıq neçə vaxtdır ki, muzeyə çevirmişik. Alban mədəniyyəti, onun özəllikləri barədə məlumatlar çox böyük marağına səbəb oldu. Məsələn, ona bildirdik ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir, dövlət tərəfindən qorunur. Sonra prezidentlə baş nazir xanımları ilə birgə məbədin ilkin orta əsrlərə aid sərdabələrinə baxdılar. Məncə, çox razı qaldılar.
***
İlhamə xanım deyir ki, deyəsən Kiş Ərdoğanın çox xoşuna gəlmişdi. Çünki baş nazir israrla kəndi gəzmək istədiyini deyib:
- Çox uzağa da getmədi. Elə məbədin yaxınlığında İlyasın evinə dəydi. Hal-əhval tutdu. Təəccübləndilər deyirsən? Əlbəttə, təəccüblənəcəklər. Evində oturmusan, bir də görürsən ki, ölkənin başçısı ilə o boyda ölkənin baş naziri qapını açıb içəri girir. Təəccüblənməzsən? Bir az söhbətləşdilər, sonra maşınlarına minib kəndin aşağısına tərəf düşdülər.
“Bir də gördüm, həyətdədirlər”
Kəndin aşağısında, Ənvər Süleymanovun evinə isə prezidenti və baş naziri balaca Hüseyn dəvət edib. Hə, təəccüblənməyin.
Hadisə isə belə olub. Kəndə qəfil gəlsələr də, qısa vaxtda hamı xəbər tutub ki, Azərbaycan prezidenti ilə Türkiyənin baş naziri Kişdədirlər. Əslində Sumqayıtda yaşayan balaca Hüseyn də nənəsigildə qonaq imiş.
Nənəsi Nəsibə xala danışır ki, bir də gördüm Hüseyn həyətdən gül yığır.
- Dedim a bala, neynirsən bu gülləri? Heç nə demədi, çiyinlərini çəkdi. Fikirləşdim, yəqin uşaqdı, oynayır özü üçün. Amma…
Amma bu balaca uşaq eləmə tənbəllik, həyətin bağlı darvazasının kiçik qapısını arala və başla əlindəki gülləri yelləməyə. Dövlət rəhbərləri həmin darvazanın yanından keçəndə balaca uşağın əlində gül dəstəsi yelləməsi onların diqqətini cəlb edir. Maşını saxlayırlar. Qalanını Nəsibə xala danışır:
- Bizim nə xəbərimiz, oturmuşuq evdə. Bir də görürəm həyətdən səs gəlir, bir dəstə adam içəri girib. Elə evin tininə çatmışdım, prezidentlə Ərdoğan düz çıxdılar qarşıma. Lap özümü itirdim. Prezidentimiz gördü ki, həyəcanlıyam gülüb dedi ki, narahat niyə olursan, sizə qonaq gəlmişik. İçəri, evə dəvət elədim. Tələsirdilər, içəri keçmədilər. Elə həyəti gəzdilər. Həyətimiz Ərdoğanın da, prezidentin də çox xoşuna gəldi. Yaxşı ki, bir az əvvəl həyətə əl də gəzdirmişdim. Biabır olardıq... (Gülür)
Nəsibə xala deyir ki, qonaqlar elə bu balaca qapıdan - şəkildə əli ilə göstərir - içəri giriblər:
- Qapı, deyəsən, Ərdoğanın çox xoşuna gəlmişdi. Maraqla baxırdı. Bir az söhbətləşdik, dolanışığımızla maraqlandı, şəkil çəkdirdik, getdi. Heç bir saat keçmədi ki, qapımıza bir maşın gəldi. Bir televizor idi, bir də soyuducu. Dedilər ki, bunları sizə prezidentlə Ərdoğan hədiyyə göndərib. O şəkli də ömrüm boyu saxlayacam.
***
Prezidentlə baş nazirin Şəki səfəri zamanı ən maraqlı məqamlardan biri də Xan sarayına baş çəkərkən yaşanıb.
Dövlət rəhbərləri xanımları ilə birgə sarayın önündə xatirə şəkli çəkdiriblər. Onlara məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilib.
Qonaqlara Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr də hədiyyə edilib.
- Biz hələ iyunun 4-də Xan sarayının 250 illik yubileyini keçirəndə icra başçısının göstərişi ilə abbasılıq gümüş sikkələr hazırlatdırmışdıq, xatirə üçün, hədiyyə vermək üçün. Heç ağlımıza gəlməzdi ki, onlardan bu səviyyədə qonaqlara da hədiyyə verəcəyik. Bunu qoruğun direktoru Təranə Abdullayevə deyir.
Təranə xanımın dediyinə görə, Xan sarayı Ərdoğanı valeh eləmişdi. Hər şeylə, bütün eksponatlarla maraqlanırdı, ona ətraflı məlumatlar verilirdi.
- Bilirsiz ki, Şəki sənətkarlıq və ticarət şəhəridir. Bu barədə də Ərdoğana dedik. Fikirləşmişdik ki, qonağın Şəkidən gözəl təəsüratla getməsi üçün onu Şəki sənətkarları ilə, onların əl işləri ilə tanış eləyək.
“Süfrəyə çay veriləndə Şəki şirnisi istədi”
Eləyiblər də. Ərdoğan sənətkarların əl işləri ilə tanış olub, dadı ağızlardan getməyən Şəki halvasından da dadıb. Kəklikotulu çaya isə sadəcə heyran olub. Təranə xanımın dediyinə görə, baş nazirin ən çox xoşuna gələn isə Şəki şirniləri olub:
- Bilmirəm, kimsə demişdi, ya özü eşitmişdi. Süfrəyə çay veriləndə qayıtdı ki, bilirəm, sizlərdə şəkərdən yaxşı şirni bişirirlər. Dərhal süfrəyə şirni qoydular. Çox xoşuna gəldi. Çay içdilər, sağollaşıb getdilər. Məncə, razı qaldılar. Çünki Ərdoğan sarayı çox bəyənmişdi.
Xan sarayını gəzən dövlət rəhbərlərinin yolu Şəkinin məşhur Karvansarasına da düşüb. Ərdoğana bildirilib ki, bu karvansara - yeri gəlmişkən, indi mehmanxana kimi fəaliyyət göstərir - vaxtı ilə Yaxın Şərqdə ən böyük istirahət və ticarət mərkəzi olub. Sarayın hücrələri, dizaynı baş nazirin çox xoşuna gəlib. Dövlət başçıları elə naharı da Karvansarada, bu qədim memarlıq nümunəsində ediblər...

Nə bilim, Soltan kişi. Bəlkə də yox. Bunu özündən soruşmaq lazımdı. Gələn dəfə Şəkiyə gələndə...
Səbuhi Məmmədli
Bakı-Zaqatala-Qax-Şəki-Bakı

9642