“Azərsu”-ya hüquq məsləhətçiləri lazımdır
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) beynəlxalq maliyyə qurumları ilə birgə layihələrin uğurla həyata keçirilməsi üçün beynəlxalq sənədlərlə işləmək bacarığı olan, ingilis dilini mükəmməl bilən hüquq məsləhətçilərinin işə qəbulunu elan edir. “Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, maraqlananlar şəxsi məlumatlarını (CV) “[email protected]” e-mail ünvanına göndərə bilərlər və bu zaman elektron poçtun mövzu bölməsinə HÜQUQŞÜNAS yazılmalıdır.
1345