Səhiyyə Nazirliyi 83 sahibkarı cərimələyib
20 sentyabr 2012 11:30 (UTC +04:00)

Səhiyyə Nazirliyi 83 sahibkarı cərimələyib

Sanitar-epidemioloji qaydaları pozan 83 sahibkar inzibati qaydada cərimə olunub. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin avqust ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 83 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 32 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 926, mikrobioloji göstəricilərinə görə 832, toksikoloji göstəricilərinə görə 328, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 9-də orqanoleptik və fiziki-kimyəvi, 11-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar