Abşeronun şərqinə gələn ildən fasiləsiz içməli su gələcək
Lent.az-ın İTV-yə istinadən məlumatına görə, «Azərsu» Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir. Dövlət Proqramı çərçivəsində Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su xətinin inşası davam etdirilir.
Hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən yeni tikiləcək su anbarına qədər 11, anbardan Balaxanı anbar komplesinə qədər 21 km uzunluğunda paralel xətlər çəkilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün borular daxildən xüsusi boya ilə örtüklənib.
Ceyranbatanda təmizlənən suyu Atyalı bölgəsindəki su deposuna, oradan da Oğuz-Qəbələdəki deponun yanına ötürüləcək.
Layihə indiyədək qrafiklə su alan ərazilərlə yanaşı mərkəzləşdirilmiş qaydada içməli su almayan qəsəbələrə fasiləsiz suyun verilməsini təmin edəcək.
Şəhərin şərq hissəsində özüaxımlı su rejimini təmin etmək üçün ən yüksək nöqtədə ümumi tutumu 200 min kubmetr olan su anbarlarının inşası davam etdirilir. Bu xəttin Bakı şəhərinin su problemi yaşayan qəsəbələri üçün müstəsna əhəmiyyəti olacaq.
Bununla yanaşı, ətraf qəsəbələrin hər birində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq.

821