Azərbaycanda vəhşi heyvanların qeyri-sərbəst şəkildə saxlanılmasının qarşısı alınacaq
Lent.az-ın verdiyi məlumata görə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov ilk öncə gündəlikdəki məsələlərdən danışıb, sonra 2012-ci il yaz - növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə məlumat verib. Eldar İbrahimov deyib ki, ötən dövrdə komitənin 3 iclası keçirilib və 17 məsələyə baxılıb. Həmçinin, keçən sessiyada vətəndaşlardan komitəyə 76 məktub daxil olub, komitə sədri tərəfindən 47 nəfər qəbul edilib. O, daha sonra payız sessiyası ərzində komitənin işlər planı haqqında danışıb, “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin qəbulunun vacibliyini vurğulayıb, digər qanunlara dəyişikliklərin edilməsinin nəzərdə tutulduğunu söyləyib.
İclasda eyni zamanda “Heyvanlar aləmi haqqında” qanuna dəyişikliklər barədə məlumat verilib. Qanuna edilən düzəlişlərin bəziləri bir sıra müddəaların “Ovçuluq haqqında” qanuna uyğunlaşdırılmaq məqsədi daşıyır. Bundan başqa, vəhşi heyvanların qeyri-sərbəst şəkildə saxlanılmasının qarşısını almaq məqsədi ilə 24-cü maddəyə yeni bəndin əlavə edildiyi nəzərə çatdırılıb. Çıxış edən millət vəkilləri də öz növbəsində müzakirə olunan məsələləri Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

751