“Orta əsr Azərbaycan ailəsi” monoqrafiyası çap edilib
19 sentyabr 2012 13:53 (UTC +04:00)

“Orta əsr Azərbaycan ailəsi” monoqrafiyası çap edilib

Bu günlərdə tarix elmləri doktoru, dosent Şirin Bünyadovanın “Orta əsr Azərbaycan ailəsi” adlı monoqrafiyası “Elm” nəşriyyatında çapdan çıxıb.

Lent.az-ın verdiyi məlumata görə, kitabda orta əsrlərdə Azərbaycan ailəsi, ailə və ailə məişəti çoxsaylı mənbələr əsasında ətraflı şəkildə, tarixi-etnoqrafik baxımdan işıqlandırılır, orta əsrlər ailəsinin inkişaf xüsusiyyətləri, xarakterik cəhətləri geniş şəkildə təhlil olunur.

Əsərdə orta əsrlərdə Azərbaycan ailəsinin quruluşu, nikahın növləri və nikahagirmə formaları, toy mərasimi ilə əlaqədar icra olunan müxtəlif mərasimlər (qızbəyənmə, ağızarama, elçilik, nişan, xınayaxdı), hamam mədəniyyəti, çilə kəsmək ayini, ad qoyma mərasimi, ailə tərbiyəsi, dayəlik, qonaqpərvərlik, sünnət, talaq, dəfn adəti ilə bağlı məsələlər hərtərəfli araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 885

Oxşar yazılar