Heyvan kəsimi və topdansatış ət məntəqələrində reyd keçirilib
Sentyabrın 18-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bir neçə heyvan kəsim məntəqələrində və bazarlarda, o cümlədən Təzə bazar, Keşlə bazarı, Dərnəgül topdansatış ət məntəqəsi və digər ərazilərdə qanunvericiliyə uyğun olaraq reyd keçirilib. Lent.az-ın Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, reydin keçirilməsində məqsəd havaların isti keçməsi ilə əlaqədar əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasıdır.
Səhər saatlarından başlanan tədbir zamanı adları çəkilən obyektlərdə baytarlıq-sanitariya qaydalarının pozulmadığı, müxtəlif rayonlardan heyvan və heyvan mənşəli məhsulların baytarlıq sənədləri əsasında gətirildiyi, eləcə də əhaliyə satılan heyvan ətinin baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının müayinəsindən keçirildiyi aşkarlanıb. Reyd zamanı rast gəlinən xırda nöqsanların aradan qaldırılması baytarlıq mütəxəssislərindən tələb edilib və lazımi tövsiyələr verilib. Belə reydlərin davam etdirilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyi bir daha bildirir ki, əhalinin keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsi, eyni zamanda heyvanlardan insanlara keçə biləcək xəstəliklərin qarşısının alınmasına baytarlıq nəzarəti müntəzəm olaraq həyata keçirilir.

1010