Dillər Universitetində ciddi maliyyə pozuntusu
19 sentyabr 2012 11:23 (UTC +04:00)

Dillər Universitetində ciddi maliyyə pozuntusu

Sentyabrın 18-də Hesablama Palatasının Kollegiya iclası keçirilib. Lent.z-ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.


Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq, Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların “Hesablama Palatası haqqında” qanunun, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi, aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Dillər Universitetinə müvafiq təqdimatın və Azərbaycan Respublikası Təhsil Nazirliyinə müvafiq məlumatın göndərilməsi, habelə Hesablama Palatasının Daxili Nizamnaməsinin 19.7-ci maddəsinə uyğun olaraq, Milli Məclisinə məlumat verilməsi qərara alınıb.


Kollegiya iclasında, Dünya Bankından kredit vəsaiti cəlb edilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən “Sosial müdafiənin inkişafı” layihəsinin cari icra vəziyyətinə dair Analitik Təhlilin nəticələri də geniş müzakirə olunaraq təsdiqlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3680

Oxşar yazılar