“Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır”
Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin əlaqələrinin genişləndirilməsi çərçivəsində “Əhalinin sağlamlığı – MDB-nin inkişafının əsasıdır” başlığı altında dövlətlərarası forum keçirilib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Səhiyyə Nazirliyinin nümayəndə heyəti iştirak edib.
Forum çərçivəsində MDB ölkələrinin səhiyyə və əhalinin sağlamlığının qorunması sahəsində görülən işləri əks etdirən sərgi təşkil edilib. Sağlam həyat tərzinin formalaşması, cəmiyyət narkotiklərə qarşı, əhalinin sağlamlığı və müalicə-sağlamlaşdırma turizmi və sair mövzularda elmi-praktiki konfranslar keçirilib. Forum iştirakçıları ölkələr arasında elmi və praktiki əlaqələrin genişlənməsi, təcrübə mübadiləsinin aparılması, həmçinin belə bir tədbirin gələcək illərdə də keçirilməsinin məqsədəuyğun olduğunu bildiriblər. Tədbir iştirakçıları sonda əldə olunmuş nəticələrə və gələcəkdə birgə fəaliyyətin təşkili işinə dair bəyannamə qəbul ediblər.

1017