Moldovanın Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Azərbaycandadır
18 sentyabr 2012 16:39 (UTC +04:00)

Moldovanın Sosial Sığorta Milli Kassasının nümayəndə heyəti Azərbaycandadır

Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, bu gün DSMF sədri Səlim Müslümov nümayəndə heyəti ilə görüş keçirib. Səlim Müslümov bildirib ki, hazırda Azərbaycan pensiya təminatı sahəsində əməkdaşlıq haqqında ayrı-ayrı dövlətlərlə imzalanmış 10 sazişin tətbiqini uğurla davam etdirir. Bunlardan biri də Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında sazişdir. İki ölkənin müvafiq qurumları arasında fərdi uçot, sosial sığorta və digər istiqamətlərdə əməkdaşlığın gələcək perspektivlərinə toxunan Səlim Müslümov ötən il DSMF və Moldovanın Milli Sosial Sığorta Kassası arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında protokolun imzalandığını xatırladıb.


Görüşdə aparılan müzakirələr zamanı Azərbaycan və Moldovada aparılan pensiya islahatları haqqında məlumat mübadiləsinin, tərəflərin səlahiyyətlərinə aid olan məsələlər üzrə təcrübə mübadiləsinə şərait yaradacaq birgə tədbirlərin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Məcburi dövlət sosial sığorta məsələləri üzrə nümayəndə heyətləri, mütəxəssislərin mübadiləsi və digər bu kimi sahələrdə yaxından əməkdaşlığın davam etdirilməsi üçün gələcək fəaliyyət planı nəzərdən keçirilib.


Moldova Respublikasının Sosial Sığorta Milli Kassasının nümayəndə heyətinin Azərbaycana sentyabrın 22-ə kimi davam edəcək. Səfər zamanı “Dövlət Sosial Müdafiə Fondunun təşkilati strukturu və əsasnaməsi. Administrativ xərclər”, “Dövlət sosial sığorta ödəmələrinin fərdi uçotu” - “Pensiya işlərinin elektron uçotu və monitorinq” mövzularında təqdimatlar keçiriləcək. Nümayəndə heyəti DSMF-in bir sıra yerli şöbələrində yaradılan avtomatlaşdırılmış idarəetmə sistemləri ilə yaxından tanış olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar