Yolüstü kənd tam orta məktəbinin açılışı oldu - FOTO
Salyan rayonunun Yolüstü kəndində yerləşən 360 şagird yerlik tam orta məktəbinin açılış mərasimi keçirilib. Rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, yeni məktəb binasında 18 sinif otağı, o cümlədən 2 fənn kabineti, kitabxana, idman və akt zalı fəaliyyət göstərəcək. Uşaqların təlim-tərbiyəsi ilə 40 nəfər müəllim məşğul olacaq. Hazırda məktəbdə 300 nəfər şagird təhsil alır. 30 nəfərdən çox şagird birinci sinifdə tədrisə başlayacaq.
Bu münasibətlə təşkil edilmiş tədbirdə çıxış edən Salyan RİH başçısı Tahir Kərimov, məktəbin direktoru Eldar Rüstəmov, şəhid anası Nazilə xanım yeni tədris ilinin başlaması münasibətilə məktəbin müəllim və şagirdlərini təbrik ediblər, ölkədə təhsilin inkişafına göstərilə dövlət qayğısından danışıblar.

Oxşar yazılar
Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35
Azərbaycanda İNTERNET PROBLEMİ: Kiberhücum olub - YENİLƏNİB
21 avqust 2025 , 16:52
Sabah 3 rayon qazsız qalacaq
21 avqust 2025 , 16:32
Baş prokuror MDB Baş Prokurorlarının İcraçı katibini qəbul etdi
21 avqust 2025 , 15:02
Sabah çimərlikdə hava necə olacaq? - PROQNOZ
21 avqust 2025 , 14:47
Milli Qəhrəman Hökümənin ailəsi Kəlbəcərə köçdü
21 avqust 2025 , 14:17