Bakı Ali Neft Məktəbinin 11 tələbəsi prezident təqaüdü alacaq
18 sentyabr 2012 13:24 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi prezident təqaüdü alacaq

Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Məktəbdən APA-ya verilən məlumata görə, ölkə prezidentinin sərəncamı ilə ali məktəblərin yüksək bal toplamış 102 tələbəsinə prezident təqaüdü verilib. Onlardan 11-i Bakı Ali Neft Məktəbinin qəbul imtahanlarında 665-690 bal toplamış tələbələridir.

Beləliklə, Bakı Ali Neft Məktəbinin hər 10 tələbəsindən biri prezident təqaüdünə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar