Azərbaycan-Türkiyə Özəl Liseyində yeni dərs ili başladı –
APA-nın xəbərinə görə, Liseyin direktoru İlhami Atmaca valideynləri və şagirdləri salamlayaraq, yeni dərs ili münasibətilə təbriklərini çatdırıb. İ.Atmaca Azərbaycan-Türkiyə Özəl Liseyinin yaranması təşəbbüsündən, ümummilli lider Heydər Əliyevin bu məktəblərin fəaliyyət göstərməsinin əsas təşəbbüskarı olmasından danışıb. O qeyd edib ki, lisey hazırda da Azərbaycan prezidenti İlham Əliyevin diqqət və qayğısını daim hiss edir.
Liseyin direktoru uşaqlarını bu məktəbə əmanət edən valideynlərə təşəkkürünü bildirib, onları gələcək təlim-tərbiyə prosesində də birgə işləməyə çağırıb.
Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin müdir müavini Ayhan Sipahi isə liseyin uğurlarından bəhs edib. A. Sipahi bildirib ki, bu günə qədər 17 məzun ili keçirən Liseyin yüksək göstəriciləri var: “Bizim Liseyi bitirənlərin 99 faizi ali məktəblərə qəbul olunub. Ötən il məktəbi bitirən 57 şagird 600-dən yuxarı balla Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin ali məktəblərinə qəbul olunub. Məktəbimizin məzunlarının 40 faizdən çoxu xarici ölkələrin tanınmış universitetlərinə daxil olur”.
İ. Ayhan qeyd edib ki, lisey fəaliyyət göstərdiyi müddətdə dünya olimpiadalarında Azərbaycana 500-dən artıq medal gətirib, onlardan 102-si qızıldır.
Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov da məktəbin müəllim və şagird heyətini yeni dərs ilinin başlaması münasibətilə təbrik edib. O qeyd edib ki, Qafqaz Özəl Liseyi həmişə uğurları ilə tanınıb: “Cəmi bir həftə sonra Azərbaycan İtaliyada keçiriləcək beynəlxalq informatika olimpiadasında təmsil olunacaq. Orda bizi təmsil edəcək 4 nəfərin hamısı məhz türk liseylərinin şagirdləridir”.
Daha sonra məktəbin şagirdlərinin hazırladığı bədii proqram nümayiş etdirilib.
Birincilərin ilk zəngin düyməsini basması ilə isə məktəbdə yeni dərs ilinə start verilib.

Oxşar yazılar

Sabah Bakının bu bölgəsində elektrik enerjisi olmayacaq
21 may 2025 , 01:14
Mayın sonuna qədər həyatlarını dəyişdirməyə şansı olacaq BÜRCLƏR
21 may 2025 , 00:02
Sabah təhlükəli hava olacaq - XƏBƏRDARLIQ
20 may 2025 , 19:59
Yeni Roma papasının ABŞ-dakı evidir: Ağlasığmaz qiymətə satışa çıxarıldı
20 may 2025 , 19:46
Dörd BÜRCÜN həyatı yazın sonuna qədər 180 dərəcə dəyişəcək
20 may 2025 , 18:40
Yataq otağındakı bu əşyalar yuxusuzluq yaradır
20 may 2025 , 17:44
Bu rayonun 7 kəndində QAZ KƏSİLƏCƏK
20 may 2025 , 17:10