Fatmayı və Məhəmmədi qəsəbələrində yeni su və kanalizasiya xətləri çəkilir - FOTO
17 sentyabr 2012 16:48 (UTC +04:00)

Fatmayı və Məhəmmədi qəsəbələrində yeni su və kanalizasiya xətləri çəkilir - FOTO

Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir.

İcrasına 2012-ci ildə başlanmış layihəyə əsasən, Abşeron rayonunun Fatmayı və Məhəmmədi qəsəbələrində yeni su və kanalizasiya xətləri çəkilir. Abşeron rayonunun Məhəmmədi qəsəbəsində ilkin mərhələdə yeni salınmış yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə müxtəlif diametrli polietilen borularla 3500 metr uzunluğunda su xətti çəkilir. Layihəyə uyğun olaraq ərazidə 22 ədəd siyirtmə, 12 ədəd yanğın hidrantı quraşdırılacaq. İşlər tam başa çatdıqdan sonra Məhəmmədi qəsəbəsinin yeni yaşayış massivində 180 ailə mərkəzləşdirilmiş qaydada içməli su alacaq. Hazırda həmin yaşayış massivində istehlakçılar içməli suyu maşınlarla alır. Bunun ardınca qəsəbənin bütün ərazisində içməli su və kanalizasiya şəbəkəsi yaradılacaq.

Fatmayı qəsəbəsində isə ilkin mərhələdə kanalizasiya xətləri çəkilir. Layihəyə uyğun olaraq qəsəbədə müxtəlif diametrli polietilen borularla 24,6 km uzunluğunda kanalizasiya şəbəkəsi qurulacaq. Kanalizasiya şəbəkəsi tam istismara verildikdən sonra qəsəbədəki bütün mənzil və obyektlərin məişət-tullantı suları tam toplanaraq təmizləyici qurğuya yönəldiləcək. İkinci mərhələdə isə Fatmayı qəsəbəsinin içməli su təchizatının yenidən qurulması layihəsi icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1744

Oxşar yazılar