Türkmənistan və Rusiya seysmoloqları Azərbaycanın təcrübəsini öyrənmək istəyirlər
17 sentyabr 2012 12:58 (UTC +04:00)

Türkmənistan və Rusiya seysmoloqları Azərbaycanın təcrübəsini öyrənmək istəyirlər

Bakıda səfərdə olan bir qrup xarici ölkə seysmoloqları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Bakı Stansiyasında olublar. AMEA RSXM-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun direktoru M. Çarıyev, Türkmənistan Elmlər Akademiyasının Seysmologiya İnstitutunun seysmoloji məlumatların interpretasiyası şöbəsinin rəhbəri G. Çalıyeva, Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun laboratoriya müdiri A. Y.Sidorin və Panamanın OSOP təşkilatının direktoru Branden. C.Kristensen iştirak ediblər.

AMEA RSXM-in baş direktoru Qurban Yetirmişli əvvəlcə onları mərkəzin peyk rabitəsi ilə işləyən seysmik stansiyalar və onların iş prinspi ilə tanış edib. Azərbaycanda seysmologiya sahəsində əldə olunan uğurların onların diqqətini də cəlb etdiyini bildirən Türkmənistan M. Çarıyev Türkmənistan seysmoloqlarının ikitərəfli əməkdaşlığa maraqlı olduqlarını bildirib. Qurban Yetirmişli isə ölkə rəhbərliyinin diqqəti və qayğısı sayəsində Azərbaycanda seysmoloji stansiyalar şəbəkəsinin genişlənməkdə davam etdiyini, Xəzər dənizində 3 dənizdibi seysmik stansiyanın da quraşdırılmasının nəzərdə tutulduğunu söyləyib. O, iki ölkə arasında ikitərəfli əməkdaşlığı vacib sayıb və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasını mümkün hesab edib. Görüş iştirakçılarına Bakı Stansiyasına seysmik stansiyalardan gələn məlumatların toplanılması və emalı ilə bağlı da məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar