Kürdəxanı sakinləri Rövnəq Abdullayevə şikayət ediblər
Bakının Kürdəxanı qəsəbəsinin bir qrup sakini qaz problemi ilə bağlı ARDNŞ prezidenti Rövnəq Abdullayevə və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevə şikayət məktubu göndərib. Sakinlər şikayət məktubunun sürətini Lent.az-a da göndəriblər. Məktubda qeyd olunur ki, adıçəkilən qəsəbənin yeni yaşayış massivində 2 il əvvəl qaz xətlərinin çəkilişinə başlanılıb və ötən il proses başa çatıb: “Buna baxmayaraq, Kürdəxanının yeni yaşayış massivinə hələ də qaz verilməyib. Buna səbəb kimi (qeyri-rəsmi olaraq) yeni çəkilmiş qaz xətlərinin yararsız halda olması göstərilir”.
Qeyd edək ki, sakinlər məsələ ilə bağlı dəfələrlə əlaqədar instansiyalara müraciət etsələr də, onların şikayətinə heç bir yerdə baxılmayıb.
Şikayətçilər ARDNŞ və “Azəriqaz” rəhbərliyinə müraciət edərək, bu problemi həll etmələrini xahiş edirlər.

1397