Bu gün Bakıda açılışı olan “Yeni klinika” tibb müəssisəsində müvəqqəti olaraq sabahdan etibarən koronavirusa yoluxan və ağır simptomları olan xəstələr müalicə alacaqlar.
APA-nın məlumatına görə, bu barədə tibb müəssisəsinin açılışında bildirilib. Qeyd olunub ki, tibb ocağı 575 çarpayılıqdır. Xəstəxanada 1500-dən artıq həkim və tibbi heyət çalışacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 28-də Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər.